İspaniya La Liqasının rəsmi "Facebook" səhifəsi Canni De Byazinin Azərbaycan millisinə baş məşqçi təyin olunmasına biganə qalmayıb. "Report"un məlumatına görə, bu münasibətlə italiyalı mütəxəssisə təbrik ünvanlanıb. AFFA-nı da unutmayan səhifə milli assosiasiyanı Azərbaycan dilində təbrik edib: "Keçmiş La Liqa baş məşqçisi Canni De Byazini Azərbaycan millisinin sükanı arxasına keçməsi münasibətilə təbrik edirik. Təbriklər, AFFA". 64 yaşlı mütəxəssis İspaniyada "Levante" (2007/2008) və "Alaves" (2017/2018) klublarına başçılıq edib. Qeyd edək ki, Canni De Byazi dünən AFFA ilə 1,5 illik müqavilə imzalayıb.
© 2020 - Created by İLK XEBER.