ABŞ İranda nüvə, raket və hərbi proqramlar üçün istifadə edilə biləcək metal və material təchizatını məhdudlaşdırmaqla İslam respublikasına qarşı yeni sanksiyalar tətbiq edir. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib. “Bu gün Dövlət Departamenti İranın nüvə, hərbi və ya ballistik raket proqramları ilə əlaqəli istifadə olunan 22 konkret materialı müəyyənləşdirir. Bu cür materialları bilərəkdən İrana verənlər indi ABŞ-ın “İranın azadlığı və yayılmasına qarşı mübarizə haqqında” qanununun 1245-ci maddəsinə əsasən sanksiyaya məruz qalacaqlar”, - M.Pompeo açıqlamasında deyib. Bundan əlavə, İranın tikinti sektoruna materialların təchizatı qadağan edilir. Belə ki, ABŞ İranın tikinti sektoruna İslam İnqilabı Keşikçiləri Korpusunun nəzarət etdiyini düşünür. Qadağan edilmiş 22 metal və materiallar arasında alüminium ərintiləri, alüminium tozu, bəzi polad markaları, o cümlədən paslanmayan polad və s. var.
© 2020 - Created by İLK XEBER.