Mən hər kəs deyiləm, Məni başqaları ilə səhv salma. Çıxma özündən mənə görə... Mən sadəyəm, Sadəlövh deyiləm... Narahat olma mənə görə... Dəyərimi də bilirəm, Öz gücümü də. Nədə gücsüzəm, onu da... Aclığa dözümüm var, Haqsızlığa dözümüm yox! Yoxsulluğa dözümüm var, Yalana dözümüm yox! Bəzən bir göz yaşına dözümüm yox, Amma düşməni öz əllərimlə boğa, Düz ürəyinin başından vura bilərəm! Bir kəpənəyə qıymaram, Bir namərdi "uf "demədən Gəbərdə bilərəm! Özüm edə bilirəm, Aciz deyiləm. Nakəslərə cavab verməyi də, Gərəkirsə, bir amal uğruna ölməyi də! Mən hər kəs deyiləm, Tam başqayam. Aciz görünə bilərəm, Amma aciz deyiləm. Müti görünə bilərəm, Amma müti deyiləm. Mən qəzəbini içinə boğub saxlayan, Vaxt gələndə kükrəyib coşan lava, vulkan kimiyəm. Sən hələ məni tanımamısan! Mən hər kəs deyiləm, Narahat olma mənə ğörə. Mən sınaqlardan keçmişəm, Gah udmuş, gah uduzmuşam. Amma əyilməmişəm, sınmışam, Qırılmışam... Yenilməmişəm. Mən Səməndər quşuyam, Yanıram, yanıram, Məhv olmuram, Öz külümdən yenidən yaranıram!..
© 2020 - Created by İLK XEBER.