Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev Moderator.az-ın suallarını cavablandırıb:
-Azad müəllim, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb. Tərəflər Azərbaycan-Ermənistan sərhədində son vaxtlar baş verən gərginliyi müzakirə ediblər. Bu telefon danışığının görünməyən tərəfini necə şərh edərdiniz?
- Telefon danışığı Türkiyənin təşəbbüsü ilə baş tutub, Tükiyənin narahatçılığı başa düşüləndir. Türkiyə hər sahədə Azərbaycana doğmadı, bu doğmalıq tarixi, mənəvi, siyasi və iqtisadi tellərlə bağlıdır. Ermənilərin Tovuz bölgəsinə hücumu qlobal siyasi planın tərkib hisəsi idi. Son illərdə Türkiyə və Rusiyanın iqtisadi və siyasi yaxınlaşması ABŞ-ı çox naraht edir. Bu yaxınlığın pozulması üçün çox cəhdlər olmuşdur. Xatırlayırsınızsa, Rusiyaya məxsus hərbi təyyarənin Türkiyə tərəfindən vurulması zamanı dövlətlər arası gərginlik yaranmışdı. İki dövlətin yaxınlığını istəməyənlər məqsədlərinə qismən nail olsalar da sonradan hər iki dövlətin rəhbərliyinin müdrik qərarı yaranmış gərginliyi aradan qaldırmışdı. Hətta Rusiya səfirinin Türkiyədə öldürülməsi də bu iki dövlətin münasibətlərinin pozulmasına hesablanmışdı.
Məlum Suriya hadisələrində də Türkiyə ilə Rusiyanı qrşı-qarşıya gətirilməsi cəhdlər olmuşdu. Cənubu Qafqaz həm Türkiyə, həm də Rusiya üçün çox həssas bölgədir. Bunu nəzərə alan ABŞ mütəxəssisləri Ermənistan-Azərbaycan qarşı durmasını aktiv halına gətirdilər. ABŞ mütəxəsisləri gözəl bilirlər ki, ermənilər Tovuz rayonundakı Qaraqaya yüksəkliyini ələ keçirməklə Azərbaycanın strateji kommunikasiya xətlərini, yəni "İpək yolu"nu, Bakı-Ceyhan boru xəttini, Türkiyəyə, oradan da Avropaya gedən əsas qaz xəttini tam nəzarətdə saxlamaq imkanlarını əldə etmiş olardı. Təbii olaraq Türkiyə dövləti ermənilərin bu işğalçılıq cəhdinə biganə qalmayacaq və hər sahədə Azərbaycana dəstək verməyə cəhd edəcəkdir. Belə olan təqdirdə Rusiyanın münaqişəyə cəlb edilməsi reyallaşa bilərdi. Bu da Türkiyə dövləti ilə Rusiya dövlətinin bölgədə siyasi maraqlarının toquşması ilə nəticələnəcəkdi.
Bildiyiniz kimi Paşinyan ABŞ-ın himayadarlığı nəticəsində, ermənilərin Amerika lobbisinin dəstəyi ilə inqlabi çevriliş dalğasında hakimiyətə gətirildi. Beləliklə, Paşinyanın hüçum əmri verməsi Cənubu Qafqaz bölgəsində Türkiyə-Rusiyanı qarşı-qarşıya gətirmək planı idi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığında Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri əsasında Ermənistan və Azərbaycan xalqlarının maraqlarına uyğun olaraq siyasi və diplomatik şəkildə həllinə alternativin olmadığını qeyd etmələri bir daha əsas verir ki, Cənubu Qafqazda həm Türkiyə, həm də Rusiya siyasi maraqları uzlaşdırılacaq