Kürdəmir Regional Mədəniyyət İdarəsi, rayon Heydər Əliyev Mərkəzi və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan əlifbası və Azərbaycan dili gününə həsr olunmuş “Ana dilim –doğma dilim” virtual müsabiqəsi keçirilib. AZƏRTAC xəbər verir ki, müsabiqənin keçirilməsində məqsəd yeniyetmə və gənclərin bədii-estetik səviyyəsini yüksəltmək, incəsənət, mədəniyyət və ədəbiyyat sahəsində istedadlı gəncləri üzə çıxarmaq, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdir. Müsabiqədə qeydiyyatdan keçmiş yaşı 7-dən 17-dək olan 55 uşaq, yeniyetmə və gənc iştirak edib. İştirakçıların ifa etdikləri ayrı-ayrı şairlərin ana dilimizə həsr etdikləri şeirlər münsiflər heyəti tərəfindən qiymətəndirlib. Münsiflər heyətinin rəyinə əsasən birinci yerə Ayan Mürsəlli, ikinci yerə Şəfa Hilalova, üçüncü yerə Ləman Qənbərli çıxıblar.Qaliblərə hədiyyə və diplomlar təqdim olunub.
© 2020 - Created by İLK XEBER.