“Həqiqətən, insan çox azğınlıq edir. Çünki o, özünün heç bir şeyə ehtiyacı olmadığını düşünür” (“Ələq” surəsi, ayə 6-7). Belə bir deyim var: “Torpaq nankor bir insandan daha rəzil bir şey yetişdirməz". Bu rəzillik ən çox o zaman özünün ən aşağı səviyyəsinə qədər düşər ki, zülmə və təzavüzə uğrayan xalqına qarşı bədnam niyyətlərə qapılar. Sevinc Osmanqızı da məlum verilişində bu rəzilliyin ən pik nöqtəsində olduğunu nümayiş etdirdi. Sübut istəyənələr üçün Sevinc Osmanqızının öz dilindən səsləndirdiyi fikirlərdən nümunələr. “Ermənilər ABŞ-da dinc aksiya keçirirdi”. İnsan özünü bu həddə qədər düşürüb, öz xalqının şərəfi ilə oynamağa çalışırsa, bunun başqa bir adı yoxdur, adam nankordur. Alman şairi və mütəfəkkiri Höte belə deyir: “Nankorluq zəif insanların işidir, güclü insanların içində əsla nankora rast gəlmədim”. ABŞ-da aksiyaların dinc şəkildə keçməsini polis təmin edirsə, Los Ancelesdə ermənilər azərbaycanlılara hücum edib, onlara xəsarət yetirəndə niyə bunu təmin etmədi? İnsan vicdanını hara qədər itirə, ölkəsinə nə qədər nifrət edə bilər ki, "ermənilər ABŞ-da dinc aksiya keçirirdi" deyə bilsin? Sevinc Osmanqızı bunları deyir və efirdə açıq şəkildə erməni tərəfkeşliyini görən Vətən sevgisindən dəm vuran müxalifət fəalları onun verilişini bəyənir. Bu qədər alçaqlıqla yaşamaq sizin nəyinizə lazımdır?! Bir insan gərək o həddə qədər nankorluq edə bilsin ki, “Bu qarşıdurmanı təşkil edən Azərbaycan tərəfidir”, deyə bilsin. “Mən yenə də davanın kim başlaması məsələsinə girməyəcəm. Bunu ayırd etmək çətin məsələdir və əhəmiyyətli məsələ də deyil”. Bu da Sevinc Osmanqızının söylədiklərindədir. Özünü jurnalist adlandıran şəxs ən azından münaqişənin kimin başlamasını araşdırmalı idi. Təəssübkeşlik və vətənpərliyi bir kənara qoysaq belə, ən azından peşəkarlıq və obyektivlik baxımından bunları araşdırmaq jurnalistin peşəsində şübhəli şəxslərdən asılılıq dərəcəsini nisbətən azaltmış olardı. İyulun 12-də Tovuzda hücuma keçən biz deyildik. Azərbaycanın sərhəd rayonunda mövqelərimizi atəşə tutub, generlaımızla birlikdə 12 nəfər hərbçimizi şəhid edən də ermənilər idi. Eyni zamanda, rayonun sərhəd kəndlərində evləri atəşə tutan, mülki əhalidən olan insanları öldürən də ermənilər idi. Jurnalist bunları bilir və demək istəmirsə, çox şübhəli qaynaqlardan “qidalanır”. Bunu ölkədə və xaricdə baş verən prosesləri anlayan bir çox insanlar da gözəl bilir ki, Sevinc Osmanqızının qidalandığı qaynaq haradır və ya kimdir?! Jurnalistikanı şübhəli qaynağına satan birinin dəyəri mənim gözümdə ermənidən heç nə ilə fərqlənmir. Sevinc Osmanqızının erməniləri bu qədər ciddi-cəhdlə müdafiə etməsinin səbəblərini axtaranda bir də onun barəsində bir neçə il əvvəl mətbuatda dərc edilmiş faktlara diqqət etmək lazımdır. ABŞ-da yaşayan azərbaycanlılardan bir belə deyir: “ABŞ-da yaşayan azərbaycanlılar arasında belə məlumat yayıldı ki, S. Osmanqızı daimi olaraq Rusiya Federasiyasının Vaşinqtondakı səfirliyinin inzibati binasında keçirilən müxtəlif tədbirlər zamanı sözügedən ölkənin diplomatları ilə əlaqə yaradır. Bundan sonra isə belə münasibətləri gizli təmaslar formatında davam etdirdiyinə dair məlumatlar yayıldı. Bəzi məlumatlara görə, Sevinc Osmanqızı rus səfirliyində müşavir Serqey Koşelyev ilə də tanış olub. ABŞ-dakı diplomatik korpusda yayılmış informasiyaya əsasən, Koşelyev adi müşavir deyildi: bu şəxs RF Xarici Kəşfiyyat Xidmətinin ABŞ-da fəaliyyət göstərən zabiti idi. Çox güman ki, az əhəmiyyətli tərcümə işlərinin Sevinc Osmanqızına tapşırılmasını da bu şəxs təşkil etmişdi. İstisna etmək olmaz ki, S.Osmanqızı nəinki ingilis, habelə Azərbaycan dilindən də tərcümələr edir, jurnalist kimi topladığı məlumatları rus dilində RF səfirliyi üçün hazırlayırdı. Bu kimi işlər adətən belədə tədricən təşkil olunur və insan özü də hiss etməyərək kəşfiyyatın “tor”una düşür”. “Sənədlərə əsasən, 261 min ABŞ dolları dəyərində olan sözügedən mənzil Florida ştatının varlılar məkanı kimi tanınan Mayami şəhərinin prestijli məhəlləsində - Biscayne küçəsində yerləşir. Maraqlısı odur ki, Osmanqızı bu mənzili ötən il iyun ayının 22-də özünə “ad günü hədiyyəsi” kimi alıb. Mənbəmiz bizim xahişimizlə sözügedən məkana gedərək Osmanqızının qonşuları ilə məlumat əldə etməyə də çalışıb” Dahası da var! Onların - rus kəşfiyyat zabiti ilə Azərbaycan müxalifətinin Sevincinin övladları Virciniyadakı eyni məktəbdə oxuyurmuş! Bu da Koşelyevin Sevinclə münasibətlərinin genişlənməsinə daha da geniş təkan verməzmi...” Həqiqətən nankor insanlar heç bir şey anlada bilməzsiniz. Çünki onların şəxsi mənfəəti hər şeydən yüksəkdə dayanar. Onlar üçün bu dünyada milli və mənəvi dəyərlər, dövlətin toxunulmazlığı heç bir dəyər ifadə etməz. Onların düşüncələrinin görüş dairəsi məhduddur. Həqiqəti görməz və düşünmək istəməzlər. Bir də bu cür nankorluğa haqq qazandırmaq meylləri var. Özünü peşəkar jurnalistikada əvəzolunmaz sima sayan biri iddia edir ki, Sevinc Osmanqızının efirdən söylədikləri montaj olunaraq yayılıb. Canlı yayım zamanı efirdən səslənən fikirlərin montaj olunduğunu iddia etdiyini deyən birinin həqiqəti inkar etməsi ilə yanaşı, ağlında çatışmazlıqların olduğu aydın görünür. Başqa bir məsələ, milli mücadilə, vətən sevgisindən pafosla danışan müxalifət təmsilçiləri və fəallarının Sevinc Osmanqızının müdafiəsinə qalxmasıdır. Mənim gözümdə ermənini müdafiə edən Sevinc Osmanqızı ilə onun dediklərinə haqq qazandıranlar eyni dəyərdədir. Belələrinə nəyisə sübut etməyə qalxmaq əlavə vaxt itkisindən başqa bir şey deyil. Həmin verilişdə səsləndirdiyi sözlərə görə Sevinc Osmanqızı hər şeydən əvvəl nankor övlad olduğunu sübuta yetirdi. Təkcə bu vətənin, bu xalqın övladı kimi nankorluq etmədi. Sevinc həm də öz ailəsinə nankorluq etdi. Erməni mövqeyində dayanıb, Azərbaycan xalqına, dövlətinə “atəş açmaqla” düşmənin xain hücumunda şəhid edilmiş atasına xəyanət etdi. Ləyaqətli valideynin nankor övladı olur, bunu çoxlarımız görmüşük. Amma Sevinc nankorluğu ilə bir ilk yaşadı. Şəhid atanın nankor qızı olmaqla... P.S. Sevinc Osmanqızının məlum verilişi efirə getdikdən sonra sosial şəbəkədə bir müzakirə başladı: Kimsə onun verilişinə çıxmasın. Məncə, müzakirələrin əhəmiyyəti onun efirində növbəyə duranlara təsir edəcək deyil. Əxlaqsız azlığı müdafiə edib, hələ utanmadan ona irad tutanlara savaş açan professor, ictimai və şəxsi davranışında mənəvi keyfiyyətlər məcmusundan məhrum olmuş müxalif partiya sədri, Milli Şura adlanan siyasi qeybətxananın digər üzvləri bu adamın efirinin siması olacaq yenə. Mahiyyətcə Sevinc Osmanqızı düşüncəsindən heç bir fərqi yoxdu bunların. Çünki bu adamların indiyədək “fəth” edə bildiyi ən "uca" “zirvə” elə Sevinc Osmanqızının efiri olub. Rəsul Mirhəşimli Avropa.info
© 2020 - Created by İLK XEBER.