- Azad müəllim, Ermənistan Azərbaycan münaqişəsi yenidən aktiv halına gətirildi. Siz bu münaqişəni real həllini necə görüürsünüz? Fikirləriniz oxucularımız üçün maraqlıdır.
- Fakt budur ki, erməni silahlı qüvvələri Azərbaycan ərazisini işğal edib. Bu işğalçılıq BMT-nin məlum qətnamələrində öz əksini tapıb. Məsələ burasındadır ki, Ermənistan-Azərbaycan konfilikti, münaqişəsi artıq beynəlxalq status almış problemdi ona görə bu münaqişənin həlli nə Ermənistanın nə də Azərbaycanın iradəsinə bağlı deyil. Bəli beynəlxalq hüququn pirinsiplərinə görə Azərbaycan öz ərazisinini işğalçılardan azad etmək haqqı var, təəssüflər olsun ki, bugünkü dünyamızda qanunu qüvvəsi hakim deyil. Qeyd etdiyiniz münaqişə ilə bağlı siyasi mülahizələr, çağrışlar irəli sürən şəxslər dünyada gedən prosesləri, beynəlxalq hadisələri bir sözlə siyasi reallıq nəzərə almalıdırlar. Bu gün dünya siyasətində ABŞ -ın və Rusiyanın siyasi maraqları toqquşmaqdadır. Bu toqquşmalar siyasi, iqtisadi, hərbi və. s bir sözlə hər sahədə özünü açıq şəkildə çılpaqlığı ilə göstərməkdədir. Bunun nəticəsidir ki, dünyada xaos höküm sürür beynəlxalq qanunların gücü deyil, gücün qanunu qüvvəyə minib. Beləliklə kiçik dövlətlər bu iki nəhəng dövlətin əlində alətə çevrilməkdədir. Qafqaz regionunda baş verən hadisələr, o cümlədən Qarabağ münaqişəsinin həllinin uzanması bu iki dövlətin maraqlarının toqquşması ilə bağlıdır. Bəli məntiqi nöqteyi nəzərdən münaqişənin iki yol həlli var. Biri sülh yoludu , digəri müharibə yoludur. Hər bir müharibənin sonu sülh yolu ilə nəticələnir. Məsələyə daha qlobal baxmaq və siyasi reallığı nəzərə almaqla məqsədə uyğun olardı. Reallıq budur ki, Rusiya dövlətinin həmi Ermənistana, həm də Azərbaycana təsir imkanları ABŞ -ın təsir imkanlarından daha çoxdur, həm də münaqişəyə hər sahədə Rusiya daha yaxındır, problemin tarixi köklərinə daha yaxşı bələddir. Rusiya münaqişəni sülh yolu ilə həllinə nail olmaq istəyir ona görə ki, o Azərbaycanı Avroasiya Iqtisadi Birliyində görmək arzusundadı. Münaqişənin yenidən aktivləşməsi, Tovuz bölgəsində baş verən məlum mövqe döyüşələrinin dayandırılmasıda göstərdi ki, münaqişənin hərb yolu ilə həlli real deyil. Rusiya Qarabağ konfiliktini Avrasiya Iqtisadi Birliyi çərçivəsində mərhələli həllinə nail olmaq istəyir. Bunun üçün ilk etab olaraq işğal olunmuş rayonlar qaytarılmalıdır. Bildiyiniz kimi Paşiniyanı ABŞ-n himayadarlığı nəticəsində, ermənilərin amerika lobbisi dəstəyi ilə inqlabi çevriliş dalğasında hakimiyətə gətirildi. Ona görə Paşiriyan Qarabağ problemin Rusiyanın siyasi iradəsi altında həllini istəmir.
- Xarici dövlətlərdə erməni və azərbaycanlı diaspora təşkilatları arasında bir savaş başlayıb, bu qarşıdurma nəyə hesablanıb?
- Diaspora təşkilatları arasında baş verən hadisələr pisxoloji müharibədir, bu bir növ əsəb savaşıdır. Bu qarşıdurma bilərəkdən erməni lobbisi tərəfindən qızışdırılır ki, işğal olunmuş rayonların boşaldılmasına mane olunsun, yəni Azərbaycana qaytarılmasın.