Məlum olduğu kimi Moskva şəhərində fəaliyyət göstərən Food City topdansatış bazarına artıq bir həftədən çoxdur ki, erməni ticarətçilər buraxılmır. Lakin bəzi saytlarda erməni ticarətçilərinin guya Food City-ə geri döndükləri və erməni mallarının bazarda satışının yenidən bərpa olunduğuı barədə xəbərlər yayılıb. “İlkxeber.org”-un əməkdaşı Food City bazarında çalışan bir neçə həmyerlimizlə əlaqə saxlayaraq bu topdansatış bazasına ermənilərin geriyə dönüşləri barədə məlumatların doğru olub-olmaığını dəqiqləşdirməyə çalışıb. Əməkdaşımızın telefonla danışdığı həmyerlilərimiz bu xəbərin yalan olduğunu qətiyyətlə təsdiqləyiblər. Onlardan biri qeyd edib ki, on günə yaxındır bazarda bir nəfər də olsun erməni ticarətçisi yoxdur: “Mən özüm hər gün səhər tezdəndən axşama qədər buradayam. Bu ön gündə bir nəfər erməni ilə rastlaşmamışam, bu bazarda. Onlardan bəziləri artıq məcbur olub özlərinə başqa yerlər axtarırlar. Məsələn, mən özüm görmüşəm ki, Samvel Karapetyana məxsus “Buxta” Ticarət Mərkəzinin həyətində ermənilərin xeyli meyvə maşınları dayanıb, orada satırlar. Onlar məcburiyyət üzündən o ünvana gəliblər. Halbuki həmin Ticarət Mərkəzində pal-paltar satılır. Çalışacam, sizə şəklini də çəkib göndərim”. İlkxeber.org
© 2020 - Created by İLK XEBER.