Zabil-“segah”

Aygün Muradxanlı
2013-cü ildə Avropa strukturlarından biri “Savaş mediasının dili” layihəsi çərçivəsində Güney Qafqaz respublikaları jurnalistlərini Batuma toplamışdı. Əslən Zəngilandan olan Zabil Müqabiloğlu ilə Azərbaycan nümayəndə heyətində idik. Bilənlər bilir, belə yığıncaqlar gündüz müzakirə, axşam ziyafət modunda olur. 1 qəpiklərini boşuna xərcləməyən avropalılar iddia ki, bu format münaqişə edən tərəflər arasında dialoq mühitinin yaranmasına xidmət edir. Əmin deyiləm... Mənə görə bu format məğlub olan tərəfə məğlubiyyətini qəbullandırmaq, yarasına duz basmaq kimidir. Necə ki, o toplantıda Zabilin “yarası”na basıldı.
O zaman Bakıda, Gəncədə doğulan ermənilər Ermənistan mediasında önəmli mövqe tuturdular. Hər dəfə ortaq tədbirlərdə onların Bakı, Gəncə, Sumqayıt, bütünlükdə Azərbaycan haqqında saxtakar xiffətlərini eşidəndə, yalançı göz yaşlarına şahidlik edəndə erməni riyasının, ikiüzlülüyünün tarixin ən böyük saxtakarlıqlarını kölgədə qoya biləcək gücünə əmin olurdum. Hər dəfə daha çox inanırdım ki, erməni Bakını görə bilmədiyi üçün yox, Bakını ala bilmədiyi üçün ağlayır. Onun yalançı göz yaşlarının səbəbi Gəncənin xan çinarlarının sərinliyində dincələ bilməməsi yox, Göygölün, Maralgörün ətrafındakı cənnət kimi kəndləri qoyub, dağı-daşı erməni burnu kimi yöndəmsiz kəndlərə köçmələridir.
Fürsət düşən kimi hansısa uzaq keçmişdə yaşadığımız xoş günlər haqqında silsilə yalanlar uydurub özlərini Azərbaycanın köklü xalqı kimi gürcülərə də sırımaq istəyən ermənilərə çox qəribədir ki, züy tutanlar elə öz buqələmunlarımız olurdu. Ermənilərin “qara yara” olduqlarına yaxşı bələd olan gürcü jurnalistlər ya mövzunu dəyişir, ən pis halda rusların tətiklədiyi separatizmi lənətləyirdilər. Avropalılara xoş gəlmək üçün erməniləri duz kimi yalayan “bizimkilər” hərdən qınayıcı baxışlarımız altında böyük fədakarlıq göstərib badələrini yarıya qədər içirdilər...
Belə ziyafətlərin birində Azərbaycan heyətinin ermənilərlə “can” deyib “cana” eşitməsinə dözməyən Zabil ayağa qalxıb elə bir çıxış elədi... indi də o sözlər yadımda düşəndə işğalın necə dəhşətli bir dərd, torpaq həsrətinin necə bir nisgilli yanğı olduğunu bütün varlığımla hiss edirəm.
Zabil elə bil söz demirdi. Dilindən çıxanlar qovrulan ürəyinin çırtıltısı idi. Ana dilində danışırdı. Çünki sözünü ermənilərə demirdi. O, erməniləri ÇOX yaxşı tanıyırdı. Bilirdi ki, onlarla yalnız gücün dilində danışmaq olar. Zabil tanıdığı erməniləri tanısalar da özlərini bilməməzliyə qoyan “özümüzünkülərə” tanıdırdı. İşğalın uşaqlığına, gəncliyinə, bütün həyatına vurduğu travmalardan ciyəri ağzından çıxa-çıxa danışan Zabili zar-zor dilə tutub sahilə aparmasaydıq ya öz ürəyi partlayacaqdı, ya da kiminsə ürəyinə bıçaq saplayacaqdı. Ermənilər sarılarını udmuşdular...
Qapıdan çıxanda “onlar mənim evimi gözümün qabağında yandırıblar... evimi, başa düşürsüz” harayı bizə kənardan və içimizdən yeridilən “erməni düşümən deyil”, “erməninin günahı yoxdur, nə edib rus edib”, “gül kimi yaşayırdıq da” siyasətinə üsyan idi. O üsyanı biz Qara dənizin buz kimi sahilində güclə yatıra bildik. Zabil özü boyda alov olmuşdu. Özünü də yandırırdı, bizi də.
Savaşda məğlubiyyət elə bir əziklik gətirir ki, dünyanın naz-nemətini ayağının altına səpsələr, könlün ovunmaz. O əzikliyi yalnız düşmənin kəlləsini ilanın başı kimi əzəndə adladmaq olar. O əzikliyi Vətən, millət hissi olan hər kəs yaşayır. Bir tək kənara yarınmaq hissindən başqa refleksi olmayan "sülh göyərçinləri" xaric...
Bu gün öz xisləti və köpəkliyini elədiyi qüvvənin təhriki ilə quduzlaşıb üstümüzə cuman erməniləri durdurmağın bir yolu var – güc. Azərbaycan ermənilərə gücünü göstərməlidir. Azərbaycan rəsmiləri ermənilərlə danışıqlar masasına bir də onlar ayağımızın altında küçük kimi zingildəyib dönə-dönə yalvaranda oturmalıdır.
Ermənilərin çərxi dönüb onsuz da. Ermənistan xarici işlər nazirinin Almaniya televiziyasına müsahibəsinə baxmamısınızsa, özətini deyək. Deyir ki, Türkiyə bütün hərbi gücü ilə Azərbaycanın yanındadır. Rusiya bizi Türkiyədən qoruya bilməz – Suriyada başına gələnləri görmədikmi? Türkiyədə Rusiya böyükelçisi öldürüldü, Rusiya heç nə edə bilmədi, deyir. Fransa bizim yanımızda olsa da, gəlib Qafqazda bizimçün vuruşan deyil, görmədizmi, Suriyada Fransa uçaqlarını Türkiyə Hərbi Hava Qüvvələrinin pilotları necə qabaqlarına qatdı, deyir. Bizimçün ən arzuolunmazı Türkiyə ilə hərb meydanında qarşılaşmaqdır – Ermənistanın xarici işlər naziri deyir.
Biz daha nəyi gözləyirik?