“Ermənistan Silahlı Qüvvələrinin Tovuz istiqamətində həyata keçirmək istədiyi növbəti işğal cəhdi bir daha sübut etdi ki, ATƏT-in Minsk Qrupu həmsədrlik insitutu üzərinə düşən missiyanı yerinə yetirə bilmədiyindən onun fəaliyyətinə yenidən baxılmalıdır. Hesab edirəm ki, ATƏT MQ həmsədrlik institutu ya ləğv edilərək məsələ ilə birbaşa ATƏT özü məşğul olmalıdır və yaxud da tamamilə başa ölkələrdən formalaşdırılmalıdır”.
Bunu “Ölkə.Az”-a açıqlamasında sabiq millət vəkili Qulamhüseyn Əlibəyli deyib.
Q.Əlibəyli bildirib ki, Ermənistan Silahlı Qüvvələrinin Tovuz istiqamətində növbəti işğal cəhdinin qarşısı ordumuz tərəfindən layiqincə alınıb, cavablaır verildikdən sonra beynəlxalq aləmdə Azərbaycanın mövqeyinin daha da gücləndirən amilə çevrildi: “O mənada ki, əksər beynəlxalq təşkilatlar Ermənistanın bu təcavüz aktını birbaşa və ya dolayısı ilə pisləyən reaksiyalarla nümaiyş etdirdilər. Düzdür, ümumi fikir nümayiş etdirənlər də oldu. Amma hesab edirəm ki, bütün beynəlxalq təşkilatlar və ölkələr Azərbaycan ərazilərinin işğala məruz qalmasını təsdiq edərək, Azərbaycanın mövqeyini möhkəmləndirən mövqedən çıxış etsilər. Yeganə olaraq Serbiya faktiki olaraq Gürcüstan üzərindən silah göndərməklə dolayı yolla Ermənistana dəstək vermiş oldular. O baxımdan da Serbiya və Gürcüstanın mövqeyi anlaşılan deyil. Onu da əlavə edim ki, bu məsələdə Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı da Ermənistanın oyunun başa düşüdüklərindən birnmənalı mövqe sərgiləyərək Ermənistana hər hansı dəstək vermədi. Beynəlxalq aləmin belə bir mövqe sərgiləməsini Azərbaycanın xarici siyasətinin nəticəsi kimi dəyərləndirmək lazımdır”.
ABŞ Konqresinin məluma düzəlişinə gəldikdə isə Q.Əlibəyli bildirib ki, Konqresin Nümayəndələr Palatasında “Milli Müdafiə Maliyyələşmə Qanunu”na edilən düzəlişlər Azərbaycan üçün çox mühüm əhəmiyyət kəsb edən məsələdir: “Ona görə ki, ilk dəfədir Ermənistanın lehinə deyil, əksinə əleyhinə olan düzəlişlər qəbul olundu. Bu düzəlişləri Azərbaycanın məövqeyinin müdafiə olunması hesab edirəm.
Düzdür, burada Rusiya amili də rol oynayır. Belə ki, Rusiyanın Ermənistanla əlaqələri mühüm rol oynayır. Çünki sənədlərin birində Ermənistanın hərbi müttəfiqi olan Rusiya ilə əlaqələri barədə məlumatlar da tələb olunur. Ermənistan postsovet məkanında yeganə ölkədir ki, Rusiya ilə hərtərəfli hərbi müqaviləsi var, hətta dövlət sərhədləri belə bu ölkə tərəfindən müdafiə olunur.
Sənədin digər mühüm cəhətlərindən biri də ondan ibarətdir ki, Azərbycan ərazilərinin işğal faktı da həmin düzəlişlərdə öz əkisni tapıb. Bu qaçqın və məcburi köçkünlərin vəziyyətini öyrənilməsi, onlara yardım edilməsi baxımdan əhəmiyyətlidir.İstənilən halda sənəd çox mühüm əhəmiyyət kəsb edir. Ən azından ona görə ki, indiyədək ABŞ-da heç bir səviyyədə Ermənistanın təcavüzkar ölkə olması, Azərbaycan ərazilərini işğal etməsi faktı nə qanunverici orqanın qəbul etdiyi sənədlərdə öz əksini tapmayıb, nə də işğalçı ölkə kimi dilə gətirilməyib. Amma Nümayəndələr Palatasının bu qərarında Ermənistanın Azərbaycan ərazilərini xarici qüvvələr tərəfindən işğal olunması faktı öz əksini tapıb. Bu da Ermənistanın əleyhinə yönələn faktor rolunu oynayacaq. Hesab edirəm ki,Konqresin bu qərarından sonra ABŞ-dan olan həmsədrlər də fəaliyyətlərində öz ölkələrinin parlamentinin mövqeyini nəzərə alacaqlar”.
ATƏT MQ həmsədrlərinin fəaliyyətinə gəldikdə isə Q.Əlibəyli bildirib ki, onlar buraxılıb yenidən təşkil olunmalıdır. “1990-cı illərin ortalarında yaradılan ATƏT MQ həmsədrlik institutu Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllindəı effektiv nəticə vermədiyindən buraxılmalıdır. Həmsədrlik institutunun ortada hər hansı konkret fəaliyyəti yoxdur. Onların münaqişənin həlli ilə bağlı verdiyi ümumi tövsiyyələr var ki, bu da tərəflərin heç birini qane etmir. Danışıqlar formal xarakter daşıyır. Faktiki olaraq həmsədrlər heç bir iş görmür. Həmsədr ölkələr olan Rusiya, ABŞ, Fransa bir çox hallarda faktiki olaraq Ermənistanı müdafiə edən tərəflər kimi çıxış edirlər. Ona görə də hesab edirəm ki, belə bir vasitəçilik missiyasını yerinə yetrirən institut ləğv olunamlıdır. Ermənistan-Azərbaycan münaqişənin həllinə ATƏT özü birbaşa müdaxilə edib məşğul olmalıdır, yaxud da həmsədrlik institute tamamilə yenidən Ermənistan, Rusiya ilə əlaqəsi olmayan ölkələrdən formalaşmalıdır. Məslən, vaxtı ilə Almaniyanın,Türkiyə və digər dövlətlərin namizədliyi barədə fikirlər səslənib”.