Çin Kiberməkan Administrasiyası (CAC) sabahdan müstəqil KİV-in internetdəki fəaliyyətini tənzimləyən kampaniyaya başlayır. “Report” xəbər verir ki, bu barədə CAC-nin saytında məlumat verilib. “İyulun 24-dən Çin ərazisində şəbəkələrin nizamlanmasına dair tədbirlər görüləcək. Belə ki, mövcud qanunlar çərçivəsində saytlar və forumlar ətraflı yoxlanacaq, ciddi pozuntular aşkarlanarsa, müvafiq tədbirlər görüləcək. Qaydalara bütövlüklə əməl etməyən saytlara giriş bağlanacaq. Məqsəd internetdə nizamsızlıq yaradan kommersiya saytlarının və dırnağarası müstəqil KİV-in fəaliyyətilə bağlı problemləri aradan qaldırmaqdır”, - açıqlamada deyilir. Həmçinin ölkə vətəndaşlarının da bu işə dəstəyinin arzuolunan olduğu, kiberməkanda gedən “yalan və zərərli məlumatlar”la bağlı hər cür şikayətlərin xüsusi portal vasitəsilə qəbul edilib araşdırılacağı da qeyd olunub.
© 2020 - Created by İLK XEBER.