Azərbaycanın I Vitse-prezidenti Mehriban Əliyeva 22 iyul - Milli Mətbuat Günü münasibətilə paylaşım edib. Musavat.com xəbər verir ki, Mehriban Əliyevanın rəsmi "İnstagram" hesabındakı paylaşımda bildirilir: "Hörmətli KİV nümayəndələri! Əziz dostlar! Sizi Azərbaycan milli mətbuatının 145 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hər birinizə möhkəm cansağlığı, səadət, sevinc, nikbinlik, tükənməz enerji, yaradıcılıq uğurları və yeni-yeni nailiyyətlər arzulayıram!"
© 2020 - Created by İLK XEBER.