Maddi-mədəniyyət abidələrimiz  - tariximizin daş yaddaşı 

Dünya tarixində özünəməxsusluğu ilə seçilən erməni terrorizmi bəşəriyyət tarixində az öyrənilən sahələrdən biridir. Bu da onunla əlaqədardır ki, “erməni məsələsi” həmişə Türk Dünyasına qarşı dünyanın iri güclərinin əlində təsir vasitələrindən biri olmuşdur. XVIII əsrdən başlayaraq “erməni məsələsi” dünyanın iri güclərinin xarici siyasətində başlıca prioritet məsələyə çevrildi. Türk coğrafiyasında əsas mərkəz rolun da Azərbaycan əraziləri oynayırdı. Bu ərazilərin parçalanması və burada imperiyaya sadiq təbəələrin yerləşdirilməsi XVIII əsrdə dünyanın iri dövlətlərindən olan Böyük Britaniya və Rusiya üçün başlıca məqsədə çevrildi. 1828 Türkmənçay və 1829-cu il Ədirnə müqavilələri əsasında yüz minlərlə erməni Azərbaycan ərazilərinə köçürüldü. Niyə, məhz ermənilər? Bildiyimiz kimi, erməni adlı vahid xalq olmamışdır. Bu ad sonradan etnik ada çevrildi. Bu da Böyük Britaniya və Rusiyanın ortaya çıxardığı məhsul idi. XIX əsrin əvvəllərində bura köçürülən haylar yerli mədəniyyətə sahib çıxıb erməni adını mənimsəyərək tarixə bu adda da düşdülər. Böyük Britaniya və Rusiya tarix elmi bu qondarma millətin saxta tarixini işləyib dünyaya təqdim etdilər. Niyə, məhz ermənilər? Məsələ ondadır ki, Türk Dünyasına qarşı vaxtilə müxtəlif xalqlardan istifadə etməyə çalışdılar. Buraya serblər, slovaklar, bolqarlar, xorvatlar və digərləri daxil idi. Amma onlardan imtina etdilər. Çünki bu xalqların menatliteti nəzərdə tutulan məqsədləri həyata keçirməyə  bir o qədər də cavab vermirdi. Buna ən çox uyğun gələni isə məhz haylar idi. Onların yaranma tarixi  haqqında müxtəlif versiyalar vardır. Ən inandırıcı versiya isə onların qaraçılardan əmələ gəlməsidir. Bunları onların bəzi tarixçiləri də etiraf edirlər. Bu qarçılarla yerli xristian xalqlarının birləşməsindən qarışıq bir erməni milləti yaratdılar. İdarəçilikdə isə daha çox üstünlüyü erməni qaraçılara verdilər. Tarixi mədəniyyət abidələrimizə qarşı erməni terrorunun tarixi XIX əsrin birinci yarısından başlayır. Bütöv Azərbaycan coğrafiyasını parçalayan Böyük Britaniya və Rusiya onlara böyük imkanlar yaratdılar. Onlar da tarixi Azərbaycan ərazilərində ən qədim mədəniyyət abidələrimizi məhv edir, xristian abidələrini mənimsəyir, məscidləri yerlə-yeksan edirdilər. O zaman onların fəaliyyətinə bizimkilərin də xristian abidələrinə ögey münasibəti münbit şərait yaradırdı. Tədqiqitlar sübut edir ki, Ermənistanın Azərbaycana qarşı yürütdüyü terror və soyqırım siyasəti tarix boyu ideoloji, eimi, mədəni, mənəvi, informasiya, eləcə də sosial sahələri əhatə edir. Onların arxasında Rusiya və Qərb dünyası dayanmasaydı, təbii ki, ermənilər bunu edə bilməzdilər. Ermənistanın Azərbaycana qarşı apardığı işğal siyasətinin fəsadları yalnız ərazilərimizin zəbt edilməsi ilə bitmir. Təcavüz Ermənistanın işğalı altında qalan milli-mədəni dəyərlərimizin məhv edilməsi, ya da erməniləşdirilməsi ilə müşayiət olunur. Azərbaycanın tarixi abidələrinə qarşı münasibətdə erməni vandalizmi özünü daha qabarıq şəkildə göstərir. Erməni vandalları Qarabağ ərazilərində olan bütün Alban xristianlıq məbədlərini mənimsəmiş və üzərlərindəki yazıları yox etmiş, yeni yazılar həkk etdirmişlər. Onlar işğal etdikləri Azərbaycan ərazilərindəki bütün Alban abidlərini erməni kilsələri kimi təqdim edirlər. Alban dövrünün bütün növlərindən olan tikintilərini “erməni kilsəsi” adlandıran ermənilər Dağlıq Qarabağda bunların sayının 175 olduğunu iddia edirlər. Halbuki 2 milyon əhalisi olan Sovet Ermənistanının bütün ərazilərində cəmi iki erməni kilsəsi mövcud idi. Onda belə bir sual yaranır-necə ola bilər ki, cəmi 40 min əhalisi olan Dağlıq Qarabağ ərazisində ibadət üçün bu qədər kilsə tikilsin? Havadarlarının yardımından bəhrələnən Ermənistan tərəfindən Azərbaycan torpaqları bir-birinin ardınca işğal olunurdu. Günahsız insanlar qətlə yetirilirdi, öldürülürdü, şikəst olurdu. Qaçqınların sayı çoxalırdı. Ermənistandan, Dağlıq Qarabağdan, işğal olunmuş ərazilərdən adamlar qaçıb ölkənin içərilərinə pənah gətirirdilər. Çoxları da yollarda itib-batırdı. Şəhərlər, kəndlər dağılırdı. İnsanlar maddi, mənəvi, psixoloji iflasa uğrayırdı. Min illər boyu xalqın yaratdığı maddi mədəniyyət abidələri məhv edilirdi. İşğal olunmuş ərazilərdə yaşayış evləri, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı çoxlu saydı mədəniyyət müəssisələri qalmışdır: 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi, 22  muzey və onların filialları, 4 rəsm qalereyası, dünya əhəmiyyətli 13, ölkə əhəmiyyətli 242 və yerli əhəmiyyətli 434 tarix və mədəniyyət abidələri. Onların arasında 11 və 15 aşırımlı Xudafərin körpüləri (VII-XII əsrlər), Kəlbəcər rayonundakı Gəncəsar və Xudavənd (hər ikisi XIII əsr), Ağdam rayonunun Xaçın Türbətli kəndindəki məqbərə (XIV əsr) kimi ümumdünya əhəmiyyətli 6 memarlıq və 7 arxeoloji abidə, habelə Azərbaycanın musiqi beşiyi olan qədim Şuşa şəhər qoruğu və Azıx mağarası vardır. Dövlət mədəniyyət siyasətinin ümdə vəzifəsi Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq, mədəni informasiya müharibəsində ədalətin zəfər çalmasına nail olmaqdan ibarətdir. Ancaq bu, ermənilərin xalqımızın başına gətirdikləri vəhşiliyin tam siyahısı deyil. Azərbaycan Milli Elmlər Akademiyasının alimlərinin apardıqları tədqiqatlardan aydın olur ki, müasir Ermənistan ərazisində qədim İrəvan xanlığına aid olan 1585 məscid, 23 mədrəsə - məktəb, Zəngəzur və İçmiəzdin mahallarına aid isə 830 mədəniyyət abidələri dağılmış, «Cuqa» qəbiristanlığı kimi qədim olan 500-dən çox qəbiristanlıq yer üzündən tamamilə silinmişdir. Başqa bir mənbəyə əsasən işğal olunmuş ərazilərimizdə 387 tarixi, 474 memarlıq, 213 arxeoloji abidə qalmışdır, onlardan 249 tarixi, 201 memarlıq, 5 arxeoloji abidə məhz Şuşada yerləşir. Ermənistanın işğal altındakı Azərbaycan ərazilərində mədəni irsi məhv etməyə yönələn siyasətinin bir hissəsi də bu ərazilərdə qalan muzeylərdə saxlanılan misilsiz tarixi eksponatları, qiymətli incəsənət və mədəniyyət nümunələrini talan etməsidir. Mədəniyyət və Turizm Nazirliyinin statistikasına görə, işğal olunmuş ərazilərdə 40 mindən çox eksponata malik olan 22 muzey qalıb. Bu muzeylərdən Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və heykəltəraşlıq əsərləri, dünya şöhrətli Azərbaycan xalçaları, xalça məmulatları, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları, digər qiymətli eksponatlar talan edilib. Qədim sikkələr, qızıl və gümüş məmulatlar, nadir və bahalı daşlar, xalçalar və digər əl işləri ilə zəngin olan Kəlbəcər rayonunun Tarix muzeyi, Şuşa rayonunun Tarix muzeyləri, Ağdam rayonunun dünyada nadir olan Çörək Muzeyi, Qubadlı tarix-diyarşünaslıq muzeyi (3 mindən çox əşya), Zəngilan rayonunun tarix-diyarşünaslıq muzeyi (6 minədək əşya), daş abidələr muzeyi çərçivəsində və bir çox başqa muzeylər bura daxildir. Bu muzeylərin demək olar ki, heç birini xilas etmək, köçürmək mümkün olmayıb. Sonda onu da qeyd edək ki, Azərbaycanın Ermənistan tərəfindən işğala məruz qalmış maddi-mədəniyyət abidələri tariximizin daş yaddaşı kimi əvəzolunmaz milli sərvətimizdir. Bu abidələri təkcə maddi-mədəniyyət deyil, həm də mənəviyyat tariximizin qızıl fondu adlandırmaq olar. Bu mənada ermənilərin iişğalına məruz qalmış ərazilərimizdə tarixi abidələrimizin darmadağın edilməsi mədəniyyət və mənəviyyat tariximizin daşlaşmış yaddaşının silinməsi kimi də ağrılı-acılıdır.   İstifadə olunan ədəbiyyat:   1.İsmayılov Faiq: Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər. Bakı: 2016, 174 s. 2.Abbasov N.Ə. Müasir şəraitdə Azərbaycan dövlətinin mədəniyyət siyasəti və mənəvi dəyərlərin inkişaf amilləri. Bakı: Təknur, 2008, 240 s.
  1. Mədəni-Maarif» jurnalı, 2004, № 5, s.31; «Mədəni-Maarif» jurnalı, 2006, № 11, s.3.
4.Əhmədov Xanoğlan. Erməni vandalizmi: Tarixi mədəniyyət abidələrimizə qarşı erməni terrorunun coğrafiyası. https://ilkxeber.org/erməni-vandalizmi-tarixi-mədəniyyət-abidələrimizə-qarsi-erməni-terrorunun-cografiyasi/ 5.Nərimanoğlu Məhəmməd. İşğal olunmuş abidələr. Azərbaycan qəzeti 2010, 23 iyul, s.6.   Yazı Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Savalan Tarixi Araşdırmalar İctimai Birliyi tərəfindən “Tarixi mədəniyyət abidələrimizə qarşı erməni terrorunun coğrafiyası” layihəsi çərçivəsində çap olunur.   Dilavər Əzimli, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent