“Milli Dəyərlərin Qorunması” İctimai Birliyinin layihəsi çərçivəsində “Mənəviyyat carçısı” sənədli filmin çəkilişi davam edir. Çəkilişdə çıxış edən AMEA Rəyasət Heyətinin Vitse-prezidenti İsa Həbibbəyli, AMEA-nın professoru Cəbi Bəhrəmov, Binəqədi İH başçısının müavini Ramiz Göyüşov, millət vəkili Jalə Əliyeva xeyriyyəçiliyin əsasını qoymuş şəxsiyyətlərdən olan Ağa Musa Nağıyevin Azərbaycanda XIX əsrin sonu XX əsrin əvvəllərində iqtisadiyyatın inkişafı uğrunda ilk addımların atılmasında tarixdəki rolu haqda danışıblar. Onlar Ağa Musa Nağıyevin miras qoyduğu ən böyük əsəri sayılan İsmailiyyə binasının xalqa bu günkü xidmətindən söz açaraq, bu sənət abidəsinin ermənilər tərəfindən yandırılması səbəblərini də açıqlayıblar. Yen çəkilən filmdə, həmçinin 1920-ci ilin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıqdan sonra hakimiyyətə gələn bolşeviklərin Ağa Musa Nağıyevin də adını tarixdən silmək cəhdləri ətrafında tutduqları mövqeləri haqqında, eləcə də Nağıyev irsinin Azərbaycanın tarixində yenidən yaşamasında nəvəsi Dilarə Nağıyevanın rolundan ətraflı danışılacaq. Eləcə də, filmdə millət vəkili Ziyad Səmədzadə, YAP-ın Səbail Rayon təşkilatının sədri Şəmsəddin Hacıyev, tarixçi alim Firdovsiyə xanım, jurnalist Flora Xəlilzadə, AMEA Tarix İnstitutunun şöbə müdiri Nigar Axundova da çıxış edəcək.
© 2020 - Created by İLK XEBER.