Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 497 yeni yoluxma faktı qeydə alınıb, 645 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Report"a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 27 133 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 18 450 nəfər müalicə olunaraq sağalıb, 349 nəfər vəfat edib, 8 334 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 263, ötən müddət ərzində isə ümumilikdə 619 786 test aparılıb.
© 2020 - Created by İLK XEBER.