Hərəkatçı ziyalılar Orduya Dəstək Komitəsi təsis etdilər

Iyulun 15-də Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə “Azərbaycan müharibə ərəfəsində” mövzusunda onlayn konfrans keçirilmişdir.
Konfransda politoloqlar, alimlər, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Konfransın gedişində 12 iyul tarixindən etibarən erməni qoşunları tərəfindən ölkəmizin ərazi bütövlüyünə edilən qəsd, milli ordumuzun düşmənə endirdiyi zərbələrin əhəmiyyəti, eləcə də ölkəmizdə yaranan ictimai-siyasi şərait təhlil olunmuş, xalqımızın birmənalı şəkildə milli ordumuza həmrəylik nümayiş etdirməsi xüsusi qeyd olunmuşdur.
Eyni zamanda xalqımızın möhtəşəm dəstək aksiyasına kölgə salmaq məqsədilə təxribat törətmək cəhdi qətiyyətlə pislənmiş, səbəbləri ətrafında müzakirələr aparılmışdır.
Müzakirələrin yekununda qərara gəlinmişdir ki, gələcəkdə də yarana biləcək təxribat cəhdlərinin qarşısını almaq, ictimaiyyətin və xalqın könüllü təşəbbüskarlığını milli ordumuzun dəstəklənməsi və təbliği, millət-dövlət vəhdədinin təmin edilməsi sahəsinə yönəltmək məqsədilə siyasi mənsubiyyəti olmayan tanınmış ziyalılardan, nüfuzlu ictimaiyyət nümayəndələrindən, Milli Azadlıq Hərəkatı iştirakçılarından və Qarabağ qazilərindən ibarət “Orduya Dəstək Komitəsi” yaradılması məqsədəuyğun hesab edilsin və bununla əlaqədar cəmiyyətlə məsləhətləşmələr aparılsın.
BAO İnformasiya Xidməti.
Fotoğraf açıklaması yok.
23
4 Yorum
12 Paylaşım
Beğen
Yorum Yap
Paylaş