Azərbaycan Silahlı Qüvvələrinə könüllü hərbi xidmətə getmək istəyənlər sırasında xanımlar da var. Bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov mətbuat konfransında deyib. A.Rəhimov qeyd edib ki, hazırda qeydiyyat üçün xidmətin aidiyyəti şöbə və bölmələrinə müraciətlər daxil olmaqdadır “Bu gün daxil olan 4 min müraciətin içərisində xanımalarımız da var. Ümumi müraciət edənlərin yaş həddi müxtəlifdir”. Artıq sosial şəbəkələrdə belə xanımlardan bəzilərinin adları da qeyd olunur. Qarabağ qazisi Rey Kərimoğlu sosial şəbəkə hesabından şəhid qızı Tamilla Qulaminin döyüşlərdə iştirak etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyatdan keçdiyini bildirib: Qeyd edək ki, Tamilla Qulami Qarabağda şəhid olmuş, qəhrəman döyüşçü Famil Qulaminin qızıdır. PARLA.az
© 2020 - Created by İLK XEBER.