Ötən gün Bakıda baş verən orduya dəstək yürüşü fonunda təxribat xarakterli video yayan və erməni olduğu deyilən Rəşad Məmmədov sosial şəbəkə vasitəsilə açıqlama yayıb. Musavat.com xəbər verir ki, o, bu cür video yaymasını emosional olması ilə əlaqələndirib: “Həddən artıq emosional insanam və vətənpərvərəm. Mənə gələn dünənki xəbərlər, o məlum videogörüntünü yaymağımı məcbur etdi. Çünki dözə bilmədim, o qədər insanın ölüm xəbəri, insanlarımızın yürüşü, səfərbərlik tələbi (bu mənim də, arzumdur), məni, düşünmədən o videonu yaymağa məcbur etdi”. Sonda Rəşad Məmmədov iddia edib ki, bəzi şəxslər bilərəkdən bu cür məlumatlar yayırlar. Onu da qeyd edək ki, Ağ Partiya sədri Tural Abbaslı Musavat.com-a açıqlamasında bildirib ki, bu şəxs Almaniyada Müsavat Partiyasına mühacir al-veri ilə bağlı açılan cinayət işində əsas şahid kimi iştirak edib.
© 2020 - Created by İLK XEBER.