Erməni mətbuatını izləyəndə görürdüm ki...- tarixçi alim Dilavər Əzimli yazır                                                               

Dilavər Əzimli,                                                                                          tarixçi alim Ermənistanın Tovuz rayonunda törətdiyi təxribatdan sonra dünya və yerli mətbuatda gedən bütün şərhləri izləməyə çalışdım. Erməni mətbuatını da gözdən keçirdim. İlk olaraq onu bildirim ki, istər Rusiya, istərsə də Ermənistan bizim informasiya məkanımızda müəyyən qədər söz sahibdirlər və burada olan əlaltıları vasitəsilə sosial şəbəkələrdə istənilən ajiotajı yarada bilirlər. Bəzən bizimkilər də qanmazlıqdan onların toruna düşürlər. Bir tərəfdən də bizim heç nədən başı çıxmayan məmur və bəzi deputatlar da ümumi işə ziyan vururlar. Birmənalı olaraq qeyd edək ki, bu təxribatın müəllifi birbaşa Rusiyadır. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu özünün möhtəşəm müsahibəsində bunlara toxundu. Yəni, niyə Tovuz rayonu hədəf seçildi? Bu əslində, həm də qardaş Türkiyəyə meydan oxumaqdır. Rusiya iqtisadi cəhətdən çökür. Ümidi yalnız “Qazproma”a qalıbdır. Çünki nefti mizer qiymətə satır. Onun neftinə yiyə duran da yoxdur. “Qazprom” da uduzmada davam edir. Bu gün Azərbaycan beynəlxalq qaz bazarında söz sahibinə çevrilir. Təbii ki, Rusiya buna dözə bilməzdi, necə ki, dözmədi. Əslində, Ermənistanın əli ilə Rusiya bizə hücum etdi. Əsas məqsəd də Azərbaycanı təxribata çəkmək idi. Yəni, Azərbaycan indiki qondarma Ermənistan ərazisinə daxil olub bir neçə kəndi götürməliydi. Bundan sonra da Rusiya hərəkətə keçəcəkdi. Amma eşq olsun, Azərbaycanın müdafiə sisteminə... Görünür ki, bu oyundan xəbərləri olubdur. Biz canlı qüvvə sarıdan itki versək də, Ermənistanın bütün atəş nöqtələrini darmadağın etdik. Onlarla erməni məhv edildi. Amma onların ərazisinə keçmədik. Baxın, Ermənistan Naxçıvanı da atəşə tutdu. Yəni, məqsəd bəllidir. Baş verən döyüş zamanı Moskvada V.Putinə yaxınlığı ilə seçilən Pravda.ru saytı yazdı ki, bu toqquşma Rusiya və Türkiyənin Qafqazda üstünlük uğrunda toqquşmasıdır və biz Ermənistanın yanındayıq. Qardaş Türkiyənin də öncədən bundan məlumatı olubdur və yüksək səviyyəyə Azərbaycanı müdafiə edərək, həm Ermənistana, həm də Rusiyaya qulaqburması verdi. Bu ərəfədə məni sevindirən Azərbaycan ictimaiyyətinin münasibəti idi. İlk gündən bütün əhali ordumuzu müdafiə etdi. Bütün siyasi partiyalar dövlətimizlə həmrəylik nümayiş etdirdilər. Minlərlə insan dövlətə və orduya həmrəylik nümayiş etdirmək üçün yürüş etdilər. Bu möhtəşəm bir yürüş idi. İştirakçılar əsasən gənclər idi. Təbii ki, onların içərisinə təxribatçılar da yerləşdlilmişdi. Onları da “beşinci kolon” idarə edirdi. “Beşinci kolon” ölkədə qarışıqlıq yaratmaq və mitinqi dövlətin əleyhinə yönəltmək məqsədi güdürdü. Amma baş vermədi... Sadəcə yüngül bir insident baş verdi. Bununla da planları həyata keçə bilmədi. Bu insident necə yarandı, bunu anlamaq çətin deyildir. Çünki mitinq təcrübəmiz vardır. Həmin insidentdən sonra siz sosial şəbəkələri izləyin. Dünənə qədər bizim ölkəni təhdid edən təkfirçilər, sələfilər və digərləri orada şiələrin bu işi gördüyünü vurğulayırlar. Görünür ki, bu plandan xəbərləri olubdur. Bu qüvvələr Nardaranda, Gəncədə baş verən olayları burada da həyata keçirməyə çalışdılar. Amma alınmadı... O dini şüarlar deyənlərin kimliyi məni maraqlandırmır. Bəlkə də içərilərində şiə olanlar çoxdur. Amma onların bir şiə kimi qışqırdığını deyil, sifariş yerinə yetirdiklərini hiss etdim. Əslində, mitinq iştirakçıları onlara irad tuturdu. Bu mitinqin səviyyəsini göstərirdi. Bəyəm, o mitinqçilərin içərisində olanlar şiə, yaxud sünni deyildimi? Bu mitinq dövlətimizi və ordumuzu müdafiə üçün baş vermişdi. Burada şiə də, sünni də, xristian da, ateist də Vətən ərazilərinin düşməndən təmizlənməsi üçün səfərbərlik tələb edir və Ali Baş komandanın yanında olduqlarını vurğulayırdılar. Təxminən, saat ikidən sonra onlar da dağılışıb getdilər. Bu da müdafiə nazirliyinin zabitləri çıxış etdikdən sonra baş verdi. Bundan sonra təxribatçıların əlinə fürsət düşdü, amma bizim Daxili İşlər nazirliyinin yüksək peşəkarlıq nümayiş etdirməsi onların təxribatının qabağını aldı. Sonda bir neçə nəticə ortaya qoymaq istərdim: 1. Bakıda mitinq getdiyi ərəfədə erməni mətbuatını izləyəndə görürdüm ki, ermənilər bizim mitinqçilərin dövlətimizi və ordumuzu bu cür müdafiə etmələrindən dəhşətə gəlirlər. Hətta bəziləri yazırdı ki, çox qəribədir, onlar hamısı Ermənistana qarşı döyüşmək üçün silah istəyirlər. Görəsən, Ermənistanda bunu edə bilərikmi? Bizim gənclərin vətənpərvərliyi onları dəhşətə gətirirdi. Həmin insidentdən sonra isə sevinə-sevinə yazırdılar ki, Azərbaycanda daxili vəziyyət qızışır, ölkə rəhbərliyi ölkəni tərk edibdir. Baxın, sanki bu erməni sosial şəbəkəsinin burada baş verə biləcək təxribatdan xəbəri olubdur. Amma arzularına çatmadılar. Bu mənada sosial şəbəkələrdə ehtiyatlı olmaq lazımdır, asanlıqla erməni tələsinə düşə bilərsiniz. 2. Dünənki mitinq göstərdi ki, bizim əhali ermənilərə qarşı döyüşmək əzmindədir. Bunu dövlət rəhbərliyi yəqin ki, nəzərə alacaqdır. Dövlət və xalq Qarabağ məsələsində birləşdi. 2016-cı il Aprel döyüşlərində də belə oldu. Bu millət aclığa da dözür, əziyyətə də dözür, amma Qarabağ məsələsində güzəştə razı deyil. Vuruşacaq, sona qədər gedəcəkdir!!! Eşq olsun, millətim!!! Baxın, Azərbaycan televiziyaları neçə illərdir ki, təqdim etdikləri eybəcər verilişlərlə millətin mənəviyyatını pozurdular. Amma dünənki həmrəylik mitinqi göstərdi ki, millət möhtəşəmdir və Vətənin ərazi bütövlüyü məsələsində daima dövlətin yanındadır!!! Hesab edirik ki, dövlət milli düşərgəyə xüsusi önəm verməli, “maskalı” oğlanlar “beşinci kolon”u tam zərərsizləşdirməlidir. Xüsusilə də müdafiə sistemimizdə olan casusları aşkar edib sıradan çıxarmalıdır. 3. Dünənki həmrəylik mitinqinə münasibətdə bəzi deputatların və məmurların dilindən düzgün olmayan ifadələr eşitdik. Onlar deyəsən təxribatlarla vətənpərvər qüvvələri dəyişik salıblar. Onlara demək lazımdır ki, orada sizlərin seçicilərin var idi. Niyə onların qabağına çıxıb həmrəylik mitinqində iştirak etmədiniz? Harada qaldı dil-dil ötən şair və yazıçılar? Yaxud, siyasi partiya nümayəndələri? Onlar orada olsaydılar, yəqin ki, təxribatçılar da oynadıqları rolu oynaya bilməyəcəkdilər. 4. Tovuz döyüşləri göstərdi ki, bizim yeganə müttəfiqimiz qardaş Türkiyədir. Baxın, münasibət bildirən bütün dövlətlər qeyd edirdilər ki, Qarabağ Azərbaycanın ərazisidir. Amma Ermənistanı nə təcavüzkar adlandırır, nə də Tovuz məsələsində onu qınayırdılar. Sadəcə, atəşi dayandırmağı məsləhət edirdilər. Amma bir tək Türkiyəm kəskin bəyanatlar verdi və döyüşdə olan şəhidlərimizi öz əsgərləri, zabitləri saydı, lazım gələrsə iştirak edəcəyini bəyan etdi. Biz də yenə o fikrə qayıtmalıyıq ki, Azərbaycan ərazilərində qardaş Türkiyənin hərbi bazaları yerləşdirilsin. Bu olduqca vacibdir. Eyni zamanda, biz qardaş Türkiyə ilə konfederativ dövlət məsələsi üzərində də dayanmalıyıq. Çünki qarşıda bizi ciddi sınaqlar gözləyir. 5. Dəyərli dostlar, zaman bizim xeyrimizə işləyir. Az qalıb, çox az... Tezliklə Azərbaycan bayrağı bütün Qarabağ kəndlərində dalğalanacaqdır. Bunun qarşısını almağa çalışan Ermənistan hay-küy salıb Rusiyaya yalvarır... Bu gün Ermənistan özünü qalib kimi təqdim edə bilər. Amma bu sadəcə baş aldatmaqdır. Azərbaycan ordusu səhər Qarabağda çay içib, günortasını İrəvanda yeyə bilər. Biz, o zamanı gözləyirik. Bu mənada ictimaiyyət olaraq Dövlətimizin və Ordumuzun yanındayıq!!! Biz heç bir təxribata gedə bilmərik... Düzdü, mən də istəyirəm ki, tezliklə hücum edək və ərazilərimizi, xüsusilə da Qarabağımızı azad edək!!! İndi tam əminəm ki, o günə az qalıbdır!!! Bir qədər də güclənək!!! Qardaşımız Türkiyə də günü-gündən başarlı çıxır!!! Azərbaycan-Türkiyə ittifaqı hərbi ittifaqa çevrilir... Qarabağ məsələsi bütün Türk Dünyasının məsələsidir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan Orta Asiya qardaşlarımız bizi qoyub, mənfur Ermənistanın yanında heç bir zaman yer ala bilməz... Demək, qalıb bir Rusiya... Onun da qələmi sınır!!! Bu mənada darıxmayaq!!! Qələbə bizimdir!!! Biz milli düşərgə olaraq buna hazırlaşmalıyıq!!! Yaşasın Azərbaycan dövləti!!! Yaşasın Azərbaycan və Türkiyə ordusu!!!