DAHA 559 NƏFƏRDƏ KORONAVİRUS AŞKARLANDI - 7 nəfər vəfat edib

Azərbaycanda COVID-19-a daha 559 yeni yoluxma qeydə alınıb, 545 nəfər sağalıb, 7 nəfər vəfat edib.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bu günə kimi ümumilikdə 25 672 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 16 695 nəfər müalicə olunaraq sağalıb, 326 nəfər vəfat edib. Hazırda 8 651 nəfərin müalicəsi davam etdirilir.