Azərbaycan Ordusunun şəhid olan general-mayoru
Polad Həşimov və polkovnik
İlqar Mirzəyev İkinci Fəxri xiyabanda dəfn olunublar.
"Report" xəbər verir ki, insan izdihamı müşahidə edilən dəfn mərasimində hərbi orkestrin iştirakı ilə dövlət himni səsləndirilib və havaya yaylım atəşi açılıb.
Qeyd edək ki, general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev dünən səhər saatlarında Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub.
***
Azərbaycan Ordusunun şəhid olan general-mayoru Polad Həşimov dəfn olunur.
"Report" xəbər verir ki, general-mayorun cənazəsi İkinci Fəxri xiyabana gətirilib.
Xiyabanda orkestrin iştirakı ilə dövlət himni səsləndirilib və havaya yayılım atəşi açılıb.
Qeyd edək ki, general-mayor Polad Həşimov dünən səhər saatlarında Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub. Onun cənazəsi vida üçün ilk Qəbələdəki ata ocağına, daha sonra Sumqayıtdakı evinə gətirilib.