Azərbaycan xalqı zəngin tarixə və mədəniyyətə malikdir. Azərbaycan ədəbiyyat ənənələrini, maarifçilik idealarını mədəniyyətimizi təblig edən layihələrdən biri də "Azərbaycan mədəniyyəti" layihəsidir. Uzun və mürəkkəb inkişaf yolu keçmiş teatr, kino, musiqi və xalq sənətinin müxtəlif növlərinin tədqiqi Azərbaycan xalqının yüksək mədəni irsə malik olmasını sübut edir. "Azərbaycan mədəniyyəti" layihəsinin əsas məqsədi həm mədəniyyətimizi, həm də ədəbiyyatmızı gələcək nəsillərə tanıtmaqdır. Bu layihə artıq 3 ildir ki, Azərbaycanda start götürmüşdür. Layihənin ilk adı "Muğam dünyası - 2017" olmuşdur. Daha sonra bu layihənin adı dəyişdirilərək "Azərbaycan inciləri - 2018" adı ilə əvəz olundu. Məqsədsə gənclərə və digər həmvətəndaşlarımıza, həmçinin əcnəbilərə Azərbaycan muğamını sevdirmək və tanitmaq olmuşdur. Daha sonra layihənin adı 2020-çi ildən "Azərbaycan Mədəniyyəti" adı ilə həyata keçirilmişdir. Çox keçmədən sosial şəbəkələrdə 12 min baxış kütləsi toplamışdır və digər şəbəkələrdə var İnstaqram Yootube-də var. Layihə Nicat Müslümovun ideyası ilə ərsəyə gəlmişdir. Layihə rəhbəri Nicat Müslümov layihənin tanınması üçün könüllü olaraq bir çox tədbirlər həyata keçirib. Mütəmadi olaraq qrupda muğam ustalarının ifaları, gənc muğam ifaçılarının şəkilləri, xalq mahnılarımızın mətnləri, muğam ifaçılarının televiziyada yayımlanacaq veriliş tarixi və saati ilə bağlı bilgilər yayımlanaraq sosial şəbəkə istifadəçilərində (izləyicilərdə) maraq yaratmışdır. Bildiyimiz kimi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə Azərbaycan muğamı 2003-cü ildə UNESCO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin Şah Əsərləri siyahısına daxil edilib. Azərbaycan mədəniyyətini təbliğ etmək və tanıtmaq hər bir Azərbaycan vətəndaşının amalı olmalıdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın söylədiyi kimi, təbiət hər zaman təkrarsız canlandığı kimi, muğam sənəti də heç bir sərhədlərə sığışmayan, azad, özü-özündən bəhrələnən bir sənətdir. Muğam sənəti əsrlər boyu Azərbaycan xalqının milli tanıtma nişanlarından biri kimi milli-mədəni irsimizin əsas hissəsini təşkil edib. Bu mənada, bizi millət kimi qoruyub saxlayan bu mədəni irsi, mədəniyyəti yaşatmaq və təbliğ etmək hər birimizin mənəvi borcudur. Balacaxanım Hüseynova "Azərbaycan mədəniyyəti" layihəsinin baş koordinatoru
© 2020 - Created by İLK XEBER.