Assosiasiyanın yeni İdarə Heyəti və NTK-sı formalaşdı İyunun 19-da Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) İctimai Birliyinin ümumi yığıncağı keçirilib. Videokonfrans vasitəsilə baş tutan vebinar – konfransda Assosiasiyanın təsisçisi Səkinə Babayeva, Jalə Hacıyeva və Cəmilə Abdullayeva, İqtisadiyyat Nazirliyinin nümayəndəsi Elçin İbrahimov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, eləcə də 90 nəfərə yaxın Assosiasiya üzvü iştirak edib. Videokonfransda 2019-cu il üzrə tərəqqi və maliyyə hesabatı, üzvlük haqlarının yığımı, İdarə Heyətinə seçkilər (15 üzv), pandemiya dönəmində görülən və görüləcək sosial tədbirlər müzakirə olunub. İlk olaraq İdarə Heyətinin üzvlərinin sayının 3 nəfərdən 15 nəfərədək artırılması qərara alınıb. Videokonfrans iştirakçıları səsvermə yolu ilə sədri, sədr müavinlərini, 15 nəfərdən ibarət tərkibdə yeni İdarə Heyəti və Nəzarət-Təftiş Komissiyası (NTK) üzvlərini seçiblər. Onlayn səsvermədən öncə, seçim mərhələsi zamanı İdarə Heyəti üzvlüyünə namizədlər çıxış edərək, konfrans iştirakşılarını gələcək fəaliyyət planları ilə tanış ediblər. Səs çoxluğu ilə Səkinə Rəşid qızı Babayeva İdarə Heyətinin sədri, Jalə Əhməd qızı Əmirbəyova, Jalə Elbrus qızı Hacıyeva və Cəmilə Sabir qızı Abdullayeva İdarə Heyəti sədrinin müavinləri, Reyhan Kamran qızı Hüseynova, Zərifə Rzaqulu qızı Quliyeva, Lətifə Tərlan qızı Əhmədova, Pərvanə Cəfər qızı İsgəndərova, Gülnara Sultan qızı Məmmədova, Sona Aydın qızı Rüstəmova, Mətanət Mirsadiq qızı Ağamirova, Ulduza Xanış qızı Xanlarova, Vəsilə Çapay qızı Abulova, Əsmər Aydın qızı Hüseynova, Təranə Qəzənfər qızı Paşayeva, Lamiyə Qəşəm qızı Bayramova İdarə Heyətinin, Gülnarə Vidadi qızı İbadova, Aidə Sabirşad qızını Kahveci və Sevda Valeh qızı Nəcəfova isə Assosiasiyanın Nəzarət-Təftiş Komissiyasının (NTK) üzvləri seçiliblər. 2020-ci ilin sonunadək icrası nəzərdə tutlmuş layihələr və digər fəaliyyətlər haqqında təsisçilər Səkinə Babayeva və Jalə Hacıyeva iştirakçıları məlumatlandırıblar. Vebinar – konfransın yekununda Assosiasiyanın rəhbərliyi bütün iştirakçılara təşəkkür edib və seçkili orqanlara seçilən qalibləri təbrik ediblər.
© 2020 - Created by İLK XEBER.