Neftin qiymətinin bahalaşacağı proqnozlaşdırılır.
ABŞ-ın Enerji İnformasiyaları Administrasiyasının yayımladığı məlumata görə bu ilin ikinci yarısından sonra dünya bazarında neftin qiymətində artım gözlənilir. Bu artım qlobal neft ehtiyatlarının azalması ilə bağlıdır.
Proqnozlara əsasən, bu ilin ikinci yarısı üzrə “Brent” markalı xam neftin bir barelinin aylıq orta qiyməti 41 ABŞ dolları, gələn il isə 50 dollar təşkil edəcək. Gələn ilin sonunda bu rəqəm 53 dollaradək artacaq.
fins.az