“Savalan” Tarixi Araşdırmalar İctimai Birliyi “Tarixi mədəniyyət abidələrimizə qarşı erməni terrorunun coğrafiyası” adlı yeni layihəyə start verib. İyul ayının 1-dən başlayan layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir. Bu barədə layihənin rəhbəri, “Savalan” Tarixi Araşdırmalar İctimai Birliyinin sədri Kamran İsmayılov məlumat verib. QHT sədri bildirib ki, layihə çərçivəsində Dağlıq Qarabağda mövcud olmuş tarixi mədəniyyət abidələri barədə ensiklopedik, xəbəryayma, məlumatlandırıcı və digər tipli internet səhifələrdə yayımlanan məlumatların monitorinqi aparılacaq, işğal altında olan mədəniyyət və tarixi abidələr haqqında məlumatları özündə əks etdirən Azərbaycan və ingilis dilində kitab çap olunacaq. K.İsmayılov onu da əlavə edib ki, layihənin yekununda Bakı şəhərində “Qarabağın tarixi abidələri barədə həqiqətlərin dünyaya çatdırılması” adlı onlayn konfrans keçiriləcək.
© 2020 - Created by İLK XEBER.