İtaliyanın "Fiorentina" klubunun futbolçusu Frank Riberi xoşagəlməz hadisə ilə üzləşib. "Report" "La Repubblica" nəşrinə istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçinin Florensiyadakı evi qarət olunub. Hadisə A Seriyasının XXX turunun "Parma" ilə oyunu zamanı baş verib. Oyunçuya dəymiş ziyanın məbləği açıqlanmayıb. Qeyd edək ki, Riberi 2019-cu ilin yayından "Fiorentina"da çıxış edir. O, daha əvvəl Fransada "Metz" və "Marsel", Türkiyədə "Qalatasaray" və Almaniyada "Bavariya" klublarının formasını geyinib.
© 2020 - Created by İLK XEBER.