Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2020-ci il üçün elan etdiyi 1-ci qrant müsabiqəsi çərçivəsində qalib olan “Milli Dəyərlərin Qorunması” İctimai Birliyinin layihəsinə əsasən Şuranın maaliyyə dəstəyi ilə “Mənəviyyat carçısı” adlı sənədli filmin çəkilişinə start verildi. Layihə çərçivəsində Azərbaycanın XX əsr tarixinin qaranlıq və öyrənilməmiş səhifələrindən olan milyonçu-xeyriyyəçi Ağa Musa Nağıyevin nəslinin sovet rejimi tərəfindən təzyiqlərə, işgəncələrə, hətta sürgünlərə məruz qalmaları barədə cəmiyyətə ətraflı və dəqiq faktlar əsasında məlumat veriləcək. Layihənin rəhbəri milyonçunun nəvəsi, yazıçı-publisist Dilarə Nağıyeva-Muxtarovadır. “VətənTV” Media Şirkətində istehsal olunacaq filmin ssenari müəllifi və rejissoru Etibar Məmmədov, redaktoru Büllur Cavadqızıdır. Layihə çərçivəsində tarixi reallıqlar və həqiqətlər əsasında çəkiləcək filmdə qarşıya qoyulan məqsəd, yeni nəslin nümayəndələrinə və ümumilikdə cəmiyyətə mesenat Ağa Musa Nağıyev barəsində, həm də onun irsi və mirası barədə düzgün məlumatların çatdırılmasına çalışmaqdır.
© 2020 - Created by İLK XEBER.