KİVDF qəzetlərə maliyyə yardımının göstərilməsi üçün elan etdiyi müsabiqənin nəticələrini açıqladı – SİYAHI  

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu qəzet redaksiyalarına maliyyə yardımının göstərilməsi üçün təşkil edilmiş müsabiqənin nəticələrini elan edir. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən qəzet redaksiyalarına maliyyə yardımının göstərilməsi məqsədilə 16 iyun 2020-ci il tarixində elan edilmiş müsabiqə başa çatıb.
İlkxeber.org xəbər verir ki, Müsabiqə Qaydalarına uyğun olaraq “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası”nda təsbit olunmuş sahələr üzrə layihə-təkliflər təqdim etmiş qəzet redaksiyalarının müraciətlərinə baxılmış və aşağıda qeyd edilən qəzetlər göstərilən sahələr üzrə qalib elan olunub: İndiyədək KİVDF-dən maliyyə yardımı ayrılan bu qəzetlər siyahıdan kənarda qalıb: “Kaspi” qəzeti, “Mövqe” qəzeti, “Üç nöqtə” qəzeti, “Palitra” qəzeti, “Oxu məni” qəzeti, “Hərbi And” qəzeti, “The Business Times” qəzeti. Maliyyə yardımı davam etdiriləcək qəzetlər isə bunlardır:
1. “Yeni Azərbaycan” qəzeti ( 20 min manat) 2. “Səs” qəzeti (20 min manat) 3. “Şərq” qəzeti (20 min manat) 4. “525-ci qəzet” (20 min manat) 5. “Yeni Müsavat” qəzeti (20 min manat) 6. “Bakı-Xəbər” qəzeti (20 min manat) 7. “Azernews” qəzeti (10 min manat) 8. “Novoye Vremya” qəzeti (10 min manat) 9. “Xalq Cəbhəsi” qəzeti (10 min manat) 10. “Hürriyyət” qəzeti (10 min manat) 11. “Ədalət” qəzeti (10 min manat) 12. “Azad Azərbaycan” qəzeti (5 min manat) 13. “Türküstan” qəzeti (5 min manat) 14. “Olaylar” qəzeti (5 min manat) 15. “Paralel” qəzeti (5 min manat) 16. “Unikal” qəzeti (5 min manat) 17. “Həftə içi” qəzeti (5 min manat) 18. “Nedelya” qəzeti (5 min manat) Xatırladaq ki, Prezident İlham Əliyevin bu il aprelin 4-də imzaladığı sərəncamla Vüqar Səfərli KİVDF-nin İcraçı Direktoru vəzifəsindən azad edilib və onun yerinə Əhməd İsmayılov təyin edilib.