Gürcüstanın Bolnisi rayonunun Kvemo Bolnisi (Kəpənəkçi) kənd sakini Elnur Əhmədli tarixi əhəmiyyətli artefaktlar tapıb.
“Report”un yerli bürosu xəbər verir ki, azərbaycanlı gənc qədim abidələrə Poladauri (Çatax) kəndində meşədə dostları ilə gəzərkən təsadüfən rast gəlib.
Gürcüstanın Mədəni İrsin Mühafizəsi üzrə Milli Agentliyinin nümayəndələri əraziyə göndərilib. Arxeoloqlar tapılan qəbirüstü daşlar, barelyeflər, xaç, sütunlar və digər abidələri V-XIX əsrlərə aid ediblər.
Artefaktlar ətraflı tədqiq olunmaq üçün məbəddə saxlanılacaq.
Milli Agentlik qiymətli tapıntıları aşkarlayan və bu barədə məlumat verən E.Əhmədliyə minnətdarlıq edib.
Qeyd edək ki, Gürcüstan mətbuatı azərbaycanlı gəncin arxeoloji tapıntıları barədə bir neçə süjet və məqalə yayıb.