“BMT-nin üzvü olan 130-a qədər dövlət tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Məclisinin Xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi mühüm əhəmiyyətə malik beynəlxalq hadisədir”. Bu fikirləri Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli “İlkxeber.org”-un əməkdaşı ilə söhbətində səsləndirib. Partiya sədri bildirib ki, yalnız Ermənistan bu təklifə qarşı çıxmaqla özünü növbəti dəfə beynəlxalq ictimaiyyət qarşısında rüsvay etdi: “Karonavirus pandameyasına qarşı mübarizə ayrı-ayrı dövlətlərin daxili məsələsindən çıxaraq, qlobal mahiyyət daşıdığından bütün ölkələrin səylərinin təxirəsalınmadan birləşdirilməsinə ciddi ehtiyac var. Müasir dünyada geosiyasi maraqların toqquşması dövlətlər arasında fikir ayrılıqlarının təhlükəli həddə dərinləşməsinə, beynəlxalq əhəmiyyətli məsələlərə münasibətdə vahid mövqe formalaşdırmanın çətinləşməsinə gətirib çıxarır. Bu mənada dövlət və hökumət başçıları səviyyəsində BMT Baş Məclisinin Xüsusi sessiyası çərçivəsində pandemeyaya qarşı mübarizə məsələlərini bütün ölkələrinin müzakirə edərək birgə çıxış yolları araması vaxtında atılmış zəruri bir addım hesab olunmalıdır”. Q.Əlibəyli hesab edir ki, Xüsusi sessiya pandemiya qarşısında beynəlxalq ictimaiyyətin bir araya gəlməsinə, bu qlobal bəlaya qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsinə və əməkdaşlığın genişləndirilməsinə, qlobal mübarizənin təşkil edilməsinə kömək edəcəkdir.
© 2020 - Created by İLK XEBER.