Azərbaycanda 534 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 304 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Axar.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 16 424 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 9 026 nəfər müalicə olunaraq sağalıb, 198 nəfər vəfat edib, 7200 nəfərin müalicəsi xüsusi rejimli xəstəxanalarda davam etdirilir.
© 2020 - Created by İLK XEBER.