İranda maska taxmaq məcburi oldu

İranda Səhiyyə Nazirliyinin müəyyənləşdirdiyi ictimai yerlərdə və qapalı məkanlarda tibbi maskadan istifadə zəruridir. VirtualazXəbər verdiyimiz kimi bu gün Azərbaycanın böyük maarifçisi, islam dünyasının ilk təbiətşunas alimi, “Əkinçi” qəzetinin yaradıcısı Həsən bəy Zərdabinin doğum günüdür. Moderator.az-ın əməkdaşı bu münasibətlə bir neçə ziyalının Həsən bəy Zərdabinin fəaliyyəti haqda fikirlərini öyrənib. “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev saytımıza açıqlamasında onun böyük ziyalı, millət yaradıcısı olduğunu bildirdi: “Həsən bəy Zərdabinin ziyalılığının miqyasını yalnız onun yaratdığı qəzetlə ölçmək düzgün deyil. Əlbəttə, medianın banisi kimi onunla fəxr edirik. Amma Həsən bəy Zərdabi öz dövrünün ictimai xadimi, ziyalısı və millət yaradıcısı idi. Ən məşhur, ən tanınmış, ən böyük millət yaradıcılarından biri idi və o, dərk edirdi ki, millət yaradıcılığı prosesi daimi prosesdir və bu qırıla bilməz. Təəssüf ki, bu dərk bizim insanların çoxunda yoxdur. Elə bir xalq yoxdur ki, onun yaradılması və formalaşması haqqında birdəfəlik bir nəticə çıxarasan. Avropanın ortasında olan Almaniya neçə dəfə dağıldı, bir çox fəlakətlərdən keçdi və yenidən formalaşır. Yəni bu daimi prosesdir. Bunu dərk etmək bu gün də bizim üçün vacibdir. Təəssüf ki, bunun üzərində işləyən ziyalılarımız azdır. Ona görə də Zərdabi teatr da, məktəb də, qəzet də yaratdı. O, bununla yanaşı, bələdiyyədə də iştirak edirdi. O, ölkənin dərdini çəkirdi, parlamentdə çıxışlar edirdi. Ona görə də o, çox böyük bir şəxsiyyətdir. Media onun əsas peşəsi olsa da, onun fəaliyyətinin yalnız bir hissəsini təşkil edirdi. Qəzet yaratmasında da başlıca məqsədi ondan ibarət idi ki, mediadan başqa millətin formalaşmasında rol oynayan heç bir institut yoxdur. Əgər biz bu gün həmin institutu bu günə salmışıqsa, təsəvvür edə bilərik ki, millət hansı vəziyyətdədir”. Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı isə Həsən bəy Zərdabinin millətin irəli getməsi üçün bu yolda canını qoyduğunu bildirdi: “Həsən bəy Zərdabi Azərbaycan mətbuatının əsasını qoyan adamdır. O, böyük ziyalı və maarifçi olub. H.Zərdabi bu millətin irəli getməsini, maariflənməsini, dünya xalqları içində özünə layiqli bir yer tutmasını istəyən adam olub. Bunu da etmək üçün ən böyük şey informasiyanın ötürülməsidir və informasiyanın da əsas prinsiplərindən biri maarifləndirmədir. O işi də Həsən bəy Zərdabi əlində rəhbər tutub və bu yolda canını qoyub. Allah onu rəhmət eləsin və təki onda olan enerjinin yüzdə biri bizdə olaydı”..org yerli KİV-ə istinadən bildirir ki, bunu İran Prezidenti Həsən Ruhani Koronavirusla Mübarizə Milli Komitəsinin iclasında deyib. Ruhani qeyd edib ki, izdihamın olduğu yerlərdə maska taxmaq vacibdir. Onun sözlərinə görə, iyulun 5-dən 21-dək tibbi maskadan istifadə məcburi olacaq. Lazım gələrsə, bu müddət uzadılacaq. Qeyd edək ki, İranda artıq ikinci həftədir (bir gün istisna olmaqla), gündə koronavirusdan 100-dən çox insan ölür. Son sutka da istisna deyil. Belə ki, son 24 saatda ölkədə infeksiyadan daha 144 nəfər dünyasını dəyişib.