Son dəqiqə: Ruhani açıqladı - Məcburi olacaq...

İran Prezidenti Həsən Ruhani yeni növ koronavirusla mübarizə çərçivəsində bütün ölkə ərazisində qapalı məkanlarda maskalardan istifadənin məcburi olacağını açıqlayıb. Teleqraf.com xəbər verir ki, Ruhani iyulun 5-dən etibarən iki həftə ərzində qapalı məkan və izdihamlı yerlərdə maska ​​taxılmasının zəruri olduğunu söyləyib. Onun sözlərinə görə, yoluxmaların sayı artan templə davam edərsə, qərar avqust ayında da qüvvədə olacaq. İran Prezidenti səlahiyyətli qurumlara məsələni diqqətdə saxlamağı tövsiyə edib. Ruhani COVID-19 pandemiyası və iqtisadi sanksiyalara görə 2020-ci ilin ölkəsi üçün çətin il olduğunu deyib: "Bu mürəkkəb dönəmdən birlik və həmrəyliklə çıxacağıq".