İranda yeni növ koronavirusa (COVİD-19) yoluxmanın geniş yayıldığı əyalət və şəhərlərdə (qırmızı zona) 1 həftəlik sərt karantin rejimi tətbiq olunacaq.
APA-nın məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani Koronavirusla Mübarizə Qərargahının bugünkü iclasında bildirib.
Ruhani deyib ki, lazım gələrsə, bu müddət uzadılacaq.İran Prezidenti qeyd edib ki, iyul ayının 5-dən 21-dək ölkədə qapalı və ictimai yerlərdə maskadan istifadə icbaridir və aidiyyatı qurumlar buna nəzarət etməlidir.
© 2020 - Created by İLK XEBER.