Əvvəlcə bunu deyim: bu günün ehtiyaclarına görə faydalı olacağını nəzərə alaraq, məlum həqiqətləri bu yazıda xülasə şəklində sıralayacağam. Məlum həqiqətləri yaddan çıxaranlar və sanki o həqiqətləri bilməyən kimi görünənlər də var. Mahiyyətdən mahiyyətə doğru Türk mənşəli cəmiyyətlər Adriatik dənizindən Çin səddinə qədər gedib çıxan coğrafiyanın müxtəlif bölgələrində tarixlər yazıblar ki,bunun hamısı bir yerdə bir bütöv təşkil edən Türk tarixidir.Türk tarixi bu şəkildə araşdırılanda həqiqətlər dəlilləriylə birlikdə ortaya çıxarıla bilir. Bu gün Türkiyə və qardaş Türk Cümhuriyyətləri,cəmiyyətləri,təbii şəkildə məsuliyyət daşımağa borcludurlar.Bildiyimiz kimi,strateji,demoqrafik,siyasi-iqtisadi baxımlardan Türkiyə Türk dünyasının birinci sırasında durur.Atatürk prinsipləri,Atatürkün böyük əsəri olan Türkiyə Cümhuriyyəti qardaş Türk Cümhuriyyətləri üçün nümunədir,modeldir.Ona görə Türkiyədəki ictimai proseslər,gəlişmələr olduqca böyük əhəmiyyətə malikdir.Atatürkün dahiliyi dünyanın bütün müstəmləkə millətlərinin, xalqlarının azadlıq yoluna işıq salıb və salmaqdadır. Müasir qlobal dəyişikliklər prosesi Türk Cümhuriyyətlərinin,Türk cəmiyyətlərinin gələcəyini Türkiyə toplumundakı proseslərə bağlı hala gətirib.İmperializmin və onunla əməkdaşlıq edən əlaltılarının bu həqiqətə qarşı tutduqları mövqe və onların müxtəlif şəkildəki hücumlarının əvvəl-axır geri dönülməz şəkildə məğlubiyyətə düçar olmasını ürəkdən diləyirik. ********************************* Karamanlı Molla Qara Rüstəm və Şəriət yüksək məhkəməsinin sədri Candarlı Qara Xəlil Paşanın təklifiylə I. Murad (1362-1389) dövründə qəbul edilən Pənc-yek (müharibədə əsir götürülülənlərin 1/5-nin orduya alınması) qanunu XV əsrin ortalarında “Din dəyişdirmə” qanununa çevrildi.Qeyri-müsəlman cəmiyyətlərdən(Albaniya da daxil olmaqla) uşaqların dini dəyişdirilərək sarayın təhsil qurumu olan “Enderun”da (Osmanlı saraylarının xüsusi bölmələrində şagirdlərə dil,din,dövlət idarəçiliyi və protokol qaydalarının öyrədildiyi məktəb) mülki və hərbi kadrlar yetişdirildi.Bu minvalla,imperiyanın hərbi işləri və idarəçilik sahələri dinlərini dəyişdirənlərə verildi.Digər tərəfdən,XİV əsrin ikinci yarısından başlayaraq, dövlət idarəçiliyində “ümmət” sistemi yaradıldı.Mülki və hərbi idarənin qapılarının Türklərə bağlanılmasına başlanaraq,Türklər ikinci kateqoriyaya daxil edildi və bunun nəticəsində imperiya etnik bir hovuza çevrildi.Din dəyişdirərək vəzifə əldə etmə və ümmətləşmə sistemində dinini dəyişdirənlərin və qeyri- Türk müsəlman azlıqların və etnik qrupların kimlik şüurlarının davam etməsinə imkan yaradıldı.Fəthlər həyata keçirərək imperiyanın qurucu kimliyi olan Türklük artıq XVİ əsrdə ümumilikdə sistemdən kənarda qaldı.Dinini dəyişdirənlərin Türklərə qarşı təkəbbürlü,aşağılayıcı mövqeyi sistematik hala gəldi.Məlum olduğu kimi,müəyyən müddətdən sonra Türk soyundan olmayan ümmət nümayəndələri(qardaşları) əsrlərlə himayə edilərək sayğı gördükləri Osmanlı dövlətini və Türklüyü arxadan vurdular. Dini dəyişdirilən qrupun üstünlük kimi görülən xüsusiyyətləri onların anadan gəlmə özəllikləri olmayıb daha çox Osmanlı imperiyasının onlara verdiyi əlahiddə dəyərin- “Enderun” təhsilinin onların psixologiyası üzərində yaratdığı təsirdən irəli gəlirdi. Türklüyün haqq etməyərək salındığı acınacaqlı vəziyyət xilaskar bir dahini gözləməkdəydi.O dahi tarix səhnəsinə çıxaraq “Ölkənin sahibi və dövlətin qurucusu olan biz Türklər dövlətimizi “Nəcib xalq” adı altında ərəblərə və sarayın sadiq xidmətçisi olan albanlara fəda edilmişik”- deyə səsini yüksəltdi.Türkün şərəfli tarixinin Türklük gerçəyinə,öz kökünə qayıtmağın, Türkün gələcəyinin “Nə xoşbəxtəm ki,Türkəm”- kodunu,simvolunu dünyaya göstərdi.Bu xilaskar dahi də tayı-bərabəri olmayan inqailablar,yeniliklər etdi, Türk millətinə öz Türklüyünü qaytardı.”Kəndli bizim böyüyümüzdür”- deyərək kəndliləri onların haqqı olan şərəfli və yüksək yerə çıxardı. Böyük Hunların əzəmətini davam etdirən Göytürklər dövründə möhtəşəm şəkildə ortaya çıxan “Türk varlığı” sonralar müxtəlif hücumlarla,transformasiyalarla kölgə altına alınaraq mənşəyindən uzaqlaşdırılmağa çalışıldı.XX əsrin əvvəlində “Türk özəyi”nə qayıdış üçün edilən kövrək həmlələr yarımçıq aldı.Əsrlərdən sonra sadəcə Atatürk bu “Özəyə qayıdış”ı yüksək səviyyədə və çox geniş miqyasda başlatdı. Osmanlı imperiyası ilə bağlı mənim dediyim sözlər qəti şəkildə Osmanlını inkar etmək mənası daşımır.Osmanlı bizimdir,onun qələbələri də səhvləri də bizimdir.Bu səhvləri qınamaq,tənqid etmək də bizim haqqımızdır. Osmanlı dövründə formalaşan neqativ cəhətlər Cümhuriyyət dövrünə qədər gəlib çıxmışdı.Böyük Atatürkün ölümündən sonra əlverişli şərait taparaq canlanmağa başladı.Bu neqativ cəhətlər Türkiyəni hər sahədə zəiflətmək hətta parçalamaq yolunda imperializm üçün silah rolunu oynadı. Atatürkün prinsiplərindən güzəştə gedilməyə başlandı.Kamalist fəlsəfəyə qarşı hərəkətlər,addımlar bir-birinin ardınca gəldi.Acı həqiqət budur ki,Atatürkün öz əziz millətinə uzaqgörənliklə dediyi, hətta kəhanət kimi xarakterizə edə biləcəyimiz ən təsirli tövsiyyəsi getdikcə nəzərə alınmadı və ya alındırmadı.O,dövlətə və cəmiyyətə qarşı meydana çıxa biləcək təhlükəni çox əvvəldən görərək əziz millətinə bunu tövsiyyə etmişdi:”Əziz millətimə bunu tövsiyyə edirəm ki,bağrında yetişdirərək çox yüksəyə çıxaracağı adamların qanındakı,vicdanındakı əsl cövhəri təhlil etməyi diqqətindən bir an da olsa,yayındırmasın!” Bildiyimiz kimi,dini dəyişdirilənlənlərin,beyinlərində Enderun havasını daşıyanların fürsət gözləyən və güc toplayan mikro milliyyətçilərin birinci hədəfi Avropa Birliyinin tələblərindən də istifadə edərək “Osmanlılıq” adı altında etnik hovuzu yenidən canlandırmaqdan,üsuli-idarəni qurucu Türklərə yad hala gətirməkdən,Türklüyü idarəçilikdən kənarda qoymaqdan başqa bir şey deyil.Bunun üçün hər cür hiyləgər işlərə müraciət etməkdə və hətta xəyanətə yol verməkdə, fürsət düşən kimi xəyanət etməkdədirlər.Özlərini Türklükdən ayrı görmə hissini,ruhunu içlərində daşıyanlar meydanı boş görüb “Türkiyə vətəndaşı olmaqdan nə xoşbəxtəm!”- şəklindəki aldadıcı şüarı aktual hala gətirib Türkiyəni federal mozaikləşməyə qurban etməyə çalışırlar. “Yeni Osmanlılıq” ilğımına tərəf nəfəsləri kəsilərək yüyürənlər,yüksək kreslolarda oturub millətə fit çalanlar (mediada,kütləvi informasiya vasitələrində özlərinə yuva quranların çoxunun din dəyişdirənlərdən ibarət olduğunu da nəzərə almalıyıq) “etnik mozaika”, “millət xarmanı” sevdasına düşənlər bu gün Türkiyə cəmiyyətini mühasirəyə alaraq,getdikcə bu mühasirəni daraldırlar.Haqqında söhbət gedən ilğımın baş tutması (Allah qoymasın) sadəcə Türkiyə üçün yox,dünya Türklüyü üçün pis nəticələrin olacağından xəbər verməkdədir. İndi yeri gəlmişkən,burada Məhməd Fuad Keçeçizadə Paşanın (1815-1869) bir sözünü xatırlatmaq yerinə düşər.Xarici işıər naziri Məhməd Fuad Keçəçizadə Paşa 1867-ci ildə Parisdəki bir görüşdə Fransa hökumətinin yüksək səlahiyyətli nümayəndələrindən biri Türkiyə hökumətinin zəif tərəflərindən bəhs edəndə ona belə cavab vermişdi:”Türkiyə ən güclü dövlətlərdən biridir.Çünki 300 ildən bəri içəridən bizim, qıraqdan sizin yıxmağa çalışmağınıza baxmayaraq,bunu heç cür həyata keçirə bilməmişik” Fuad Paşanın sözünü əsas alaraq bunu deyə bilərik:”Türkiyə dövlətini yıxmaq üçün 452 ildir ki,(1867-ci illə müqayisədə) içəridən və bayırdan 1000 cür tələlər qurulur,ancaq həyata keçirmək mümkün olmur.Həyata keçirilə bilməməsi də Allahın böyüklüyündəndir. İmperializmin,imperialist düşüncənin,onlarla əməkdaşlıq edənlərin hücum və fəaliyyətləri həyatımızın bütün sahələrinə yönəlmişdir.Aşağıda bu hücumların incəsənət- ədəbiyyat sahəsindəki əks-sədalarından qısa şəkildə söz açacağıq. Xəyanət və şərəf mükafatı Ədəbi əsərin keyfiyyəti,oxunması və bədii cəhətdən kamilliyi ilə ədəbiyyat sahəsində Nobel mükafatı alması arasında birbaşa əlaqənin olmadığı artıq uzun müddətdən bəri şübhəyə yer qoymayacaq şəkildə müəyyənləşdirilib.Mükafatın verilməsi mexanizmi bunu özlüyündən nümayiş etdirimişdir.Ədəbiyyat sahəsində Nobel mükafatının getdikcə daha çox qruplaşdığını və korporativ xarakter qazandığı açıqdır,Nobel komitəsi artıq çoxdan siyasi quruma çevrilib.Özününü siyasi mənafe ölçülərinə uyğun gələn və iştah açan bir “yemək” tapan kimi onu tez-tələsik ləzzətlə yeyir.İştah isə dişin altındadır. Avropa-Qərb ölkələrindən olmayan namizədlər üçün mükafata “uyğun gəlməyin” ən əsas ölçüsü xəyanət və namizədin Avropaçı-Qərbçi dünyagörüşünə tərəfdar olmasıdır.Haqqında söhbət gedən dünyagörüşünə malik olma prinsipi mükafata uyğun görülən şəxsləri seçənlər üçün dünyanın hər yerində qüvvədədir.Keçmiş Şərq Bloku (Sovet-kommunist) ölkələri üçün Qərbə “qaçmağa”, “aradan çıxmağa”, və “rejimə müxalif olmağa” üstünlük verilirdiMəsələn,İ.A.Bunin,B.Pasternak,A.Soljenitsın,C.Milos (Polşa), İ.Brodski.. İsveç Kral Akademiyası 1986-cı ildə ədəbiyyat sahəsində Nobel mükafatını Nigeriyalı dramaturq,yazıçı,şair,jurnalist Vole Şoyinkaya verdi.O,Afrikalılar arasında Nobel mükafatı alan birinci şəxs idi.Xristian Vole Şoyinka ingiliscə təhsil almış,ingilis məktəbini bitirmişdi. Siyasi-elmi və bədii mövzularda zəncisevənlərlər(neqrofillərlə) mübahisələr edən V.Şoyinka radikal şəkildə Avropa dünyagörüşünün tərəfdarı idi.Ona görə öz ölkəsində tez-tez tənqidə məruz qalırdı.V.Şoyinkanın bu mövqeyi onun mükafatı almasında həlledici olmuşdur-bu,açıq-aşkar görünür.Buna baxmayaraq,Nobel nitqini irqçiliyə qarşı mübarizə aparan Cənubi Afrikalı Nelson Mandelaya həsr etdi(atasının çamadanına yox) 2006-cı ildə Türkiyəli yazıçı Orhan Pamuk İsveç Krallıq Akademiyası jürisinin “yeməyi” oldu.Həqiqətdə isə ədəbiyyat sahəsində Nobel mükafatı gizli qrupunun gözü Orhan Pamuku 2006-cı ildən əvvəl tutmuşdu.Orhan Pamuk “kürd və erməni soyqırımı” kimi əsassız sözlərlə öz ağalarının istəklərini yerinə gətirmişdi.Nəticədə mükafata “layiq görüldü” və sifətində güllər açdı. Orhan Pamukun ağlını itirərək Türklüyə qarşı çıxmasının,Türklüyə xəyanətinin yeganə səbəbi isə- onun Türk olmamasıdır.Bu xəyanətin tarixi mənbələri yuxarıda izah edildiyi kimi,Osmanlı dövründə axtarılmalıdır.O dövrdə Türklüyə qarşı xəyanətin din dəyişdirmə-Enderun məktəbində dönmə sisteminin məhsulu olan mənbəyi tumurcuqlanmaya başlayaraq zaman keçdikcə daxili və xarici qüvvələrin böyük yardımıyla “yetişmiş”,cəmiyyət içində “xain yetişdirmək”- qurum halına gətirilmişdi.Cümhuriyyət dövründə isə böyük Atatürkün ölümündən sonra haqqında söhbət gedən qurum bir qədər forma dəyişdirərək yenidən fəaliyyət göstərməyə başladı.Bu gün bu qurumun idarəçisinin Qərb mənbəli olduğu açıq-aşkar bir həqiqətdir. Orhan Pamukun “soyqırım” səfehləməsi” özünün bir tarixi mənbəyini,oxşarını da yada salırdı.Bu mənbə 24 oktyabr 1921-ci tarixli “Çərkəz millətinin böyük dövlətlərə,bəşəriyyətə və sivil dünyaya bəyanatı” idi.Bəyanatda qondarma “Soyqırımçı Türklük” imicini yaratmaq yolunda Türk düşmənçiyinin sənədi idi. Bəyanatda 2 milyon çərkəzin “Rus çarlarından törətdikləri əməllərə görə” Türkiyəyə mühacirət etdiyi,Şimali Qafqazda qalan 1 milyon çərkəzin isə artaraq 24 oktyabr 1921-ci ilə qədər 3 milyona çatdığı bildirilirdi.Sonra isə hesab əsas alınaraq bu ittiham irəli sürülürdü:”Türkiyəyə mühacirət edən 2 milyon çərkəzin indiyə qədər 3 dəfə artaraq 6 milyon olması lazım idi...Osmanlı hökumətinin inkar edilməsi mümkün olmayan pis idarəçiliyinin nəticəsində müxtəlif şəkildə zülm və fəlakətlərə düçar edilən çərkəzlərin əhalisi 4 milyon artmamışdır” Demək,1921-ci ildə Şimali Qafqazda da 3 milyon çərkəz əhalisi var imiş. İndi bu nifaq sənədindəki yalana nəzər salaq.Əhalinin keçmiş Sovet İttifaqında 1970-ci ildə keçirilən siyahıya alınmasına görə, çərkəzlərin( adıgey,çərkəz,qabardin,abxaz,çeçen,inquş,avar,dargi,lak,ləzgi,tabasaran,aqul,rutul,saxur) ümumi əhali sayı 2.414.800 idi (Bax: Большая Советская Энциклопедия,11-й том,3-е издание,Москва,1973,стр.116) Əhalinin 1979-cu ildə keçirilən siyahıya alınmasında isə çərkəzlərin sayı 2.906.700 nəfərə çatmışdır (Bax.:Сoветсkий Энциклопедический Словарь.С изменениями и дополнениями.4-е издание.Москиа,1990,сс.5,9,10,18,22,363,493,503,693,705,1163,1310,1483,1505,1511) 1970 -ci ilə nisbətən əhali artımı 492 min nəfər olmuşdu.Ortaya tühəf bir mənzərə çıxır: necə olubsa,Şimali Qafqazdakı çərkəz mənşəli əhalinin ümumi sayı 1921-ci ildə 3 milyon imiş ancaq 1979-cu ildə o 3 milyona çata bilməyib.58 il müddətində başa düşülməsi mümkün olmayan bir hadisədir.Bəs Türkiyədəki o 4 milyon hara qeyb oldu? Qurtuluş müharibəsinin davam etdiyi dövrdə verilən Bəyanatda yunanlarla çərkəzlərin ümumi taleyindən “qardaşcasına” bəhs edilməkdə idi. Bax, Orhan Pamuk öz yaxınlarından bayrağı alaraq qanuni varis olduğunu isbatlayacaqdı.Dünyada BMT-nin qəbul etdiyi “Soyqırım kriteriyaları” var,ay utanmazlar. Orhan Pamuk bir müddət də məzmunu təhrif edilən məfhumlarla- demokratiya,müasirləşmək (Avropalılaşmaq),liberallaşmaq və Qərbliləşmək kimi süni ibarələrlə mətbuatda, televiziya proqramlarında çıxışlar etdi.Bəli,bu məfhumlar onun üçün Türkləri,Türk dövlətini təhqir etmə azadlığı demək idi. Xəyanət mükafatına dair xəbəri alan kimi din dəyişdirən- Enderun beyinli özünə ziyalı deyənlərin,vətənsevərlik təqlidi edənlərin,manqurtların daxili dünyası “Çırtma vurun oynasın,qazanda quyruq yağı” şənliyinə döndü.O dövrün məclis sədri Bülent Arınçın sevinci isə başından aşıb-daşsa da o,sevinc göz yaşları görünmədi,görünür,o yaşlar adamın ürəyinə axıb. Həmişə aktual olan suallardan biri belədir: mükafat onu qazanan adamı şərəfə mindirir yoxsa mükafatı qazanan adam onu şərəfə mindirir? Şübhəsiz,mükafatı qazanan adamın onu şərəfə mindirməsini tərcih etmək daha yaxşıdır.Ancaq nə etməli? Mükafatı çirkləndirmələr də özünü göstərir.Mükafatı alanlar arasında ona şərəf verənlər isə azdır.Məsələn,dünyanın hörmətli alimlərindən biri olan Aziz Sancar onu şərəfləndirən çox az adamdan biridir. Bəzi təbəqələr Orhan Pamukun mükafata layiq görülməsini “Türkün ilk Nobel mükafatı”, “Türklərə ilk dəfə Nobel mükafatı qazandıran adam” şəklindəki şişirmə sözlərlə dəyərləndirməyə çalışdı.Həqəqətdə isə Türklərə ilk dəfə Nobel mükafatını Aziz Sancar qazandırdı.Gəlirinin az olmasına baxmayaraq,professor Sancar qazandığı mükafatın pulunu da millətə verdi. 24 noyabr 2015-ci il.Məlum olduğu kimi,Rusiyanın SU 24 təyyarəsi icazəsiz şəkildə Türkiyənin hava sahəsinə girdi.Rusiya təyyarələri ondan əvvəl də bir neçə dəfə belə icazəsiz hərəkətlər etmişdi.Türk pilotu rus pilota 5 dəqiqədə 10 dəfə xəbərdarlıq etsə də əks tərəf bunu nəzərə almadı.Nəticədə Rusiya təyyarəsi düşürüldü,pilot vuruldu.Bu hadisənin xəbəri çıxar-çıxmaz bir şair ortaya atılıb “Böyük rus millətindən üzr” başlıqlı elegiya yazdı.Şübhəsiz ki,vurulan pilotun xatirəsinə hörmətlə yanaşmaq lazımdır. Rusiya “intiqam almağın” ilk mərhələsinə başlamaqda gecikmədi.Hərbi-iqtisadi baxımdan Türkiyəyə qarşı bəzi maneələr,qadağalar tətbiq etdi.Xüsusilə,iqtisadiyyat sahəsindəki münasibətlərin böhran mərhələsinə daxil olmasından sonra Türkiyə vətəndaşları əməlli-başlı zərərə məruz qaldılar.Bundan da o tərəfə-təyyarənin düşürülməsinə və pilotun vurulmasına görə Türkiyə üzr istədi.Amma bu da kifayət etmədi.9 fevral 2017-ci ildə ruslar bilə-bilə 3 Türk əsgərini şəhid edib 11 əsgəri yaraladılar.Və bu qaranlıq hərəkətlərinə “səhv nəticəsində olub”- şəklində təqdim etdilər.Beləliklə, “intiqam alma”, 14 qurban “mərasimiylə” başa çatdı.O 14 əsgəri də ana doğmuşdu... Mosulda və Kərkükdə Türk abidələri,Türk izləri yox edildi,yüzlərlə yaşayış məntəqəsi –kəndlər və qəsəbələr yerlə bir edildil,minlərlə Türk həbs edilib,öldürüldü.Uzun sözün qısası,Mosul və Kərkük bölgələrində Türk varlığını yox etmək üçün insanlıqdan kənar işlər görülməkdədir.Mosul və Kərkük Türklərinin ağrı-acıları da insan ağrı-acılarıdır.Həm də hücuma məruz qalan insanların... Yakutlar tab gətirilə bilinməyən,həddindən artıq əziyyətli həyatdan,ölkədə əhalinin çoxluğunu təşkil edən rusların(onları Yakutiya torpaqlarının yeraltı sərvətləri bölgəyə gətirmişdi) onlara yuxarıdan baxmasına görə 1986-cı ildə etiraz nümayişləri keçirəndə sovet-rus vertolyotu onları gülləbaran edərək qana boyamışdı.Bu hadisəyə görə heç bir rus şairinin səsi də çıxmamış,demokratiya dəllalları, insan haqlarını dillərindən düşürməyənlər tut yemiş bülbül kimi susmuşdular.Öldürülənlər Türk mənşəli insanlar idi. Bununla bağlı mövcud olan bir çox örnəkdən burada sadəcə ikisindən bəhs edəcəyəm. Türk əsgərlərinin başına çuval keçirilsin və ya keçirilməsin.Türk əsgərləri şəhid edilsin və ya edilməsin.Türklərin yaşadığı kənd və qəsəbələr yandırılsın və ya yandırılmasın.Dövlətin başında duran ancaaq özü Türk olmayan şəxsin və ətrafının vecinədirmi? İmperializmin və onun əlaltılarının,onunla əməkdaşlıq edənlərin,din dəyişdirənlərin-Enderun zehniyyətlilərin,dönmə,dayaz beyinlilərin nümayiş etdirdiyi “hər işdə Türkü günahlandırmaq” prinsipinin açıq və gizli müxtəlif örnəklərini ortaya qoyanlar bu gün Türkiyədə at oynadırlar. Ədəbiyyat sahəsində isə bunun parlaq örnəklərindən biri Orhan Pamkdur.Dönmə,din dəyişdirmiş,dayaz ziyalılar heç nəyi veclərinə almadan mürgüləyərək bu ziyalıların yanında yer tutan sizlər Orhan Pamuk nümunəsinin arxasından gedəcəksiniz.Bu,mükafatlı işdir. Süni sevgi nağılı Məlum olduğu kimi, kino rejissorlarının çəkdiyi sosial məzmunlu bir çox filmdə Türkiyəyə yuxarıdan baxma,kiçiltmə vərdiş halına gəlmişdi.Sonra serial-filmlər çəkilməyə başlandı.Din-millət dəyişdirmiş zehniyyətdə olanlar və neqativ niyyətli (hətta imkan olanda niyyətlərini açıq şəkldə nümayiş et etdirə bilirlər) film prodüserləri cəmiyyətə və insanlara mənfi təsir göstərməkdə və dünyaya baxışı dəyişdirməkdə gecikmədən xaricdən dəstək alıb müəyyən məqsədlərə xidmət edən serial filmlər çəkdilər. Bir vaxtlar TRT kanalında “İtən illər” adlı cılız metodlardan istifadə edilərək çəkilən bir serial filmi göstərilirdi.Sssenarisi bir mahnının adından götürülmüş,məzmunu isə həqiqətləri təhrif edən bir serial.Dövlət küçələrdə itib-bata biləcək,oğru,narkotikaya mübtəla, çox vaxt mənfi vərdişlərə qurban gedə biləcək kimsəsiz uşaqları qoruyub dəstəkləyərək təhsil vermiş,cəmiyyətə faydalı insanlar,vətəndaşlar yetişdirmişdir.Serialın ssenari müəllifləri və prodüserlərinə görə,vəziyyət belə deyilmiş,ömürlərin itib-batan illəri imiş.Türk ailəsinə meydan oxuyan ş hərəkətlər,uşaqlara ata-analıq etmiş yaşlı insanların gözlərinin qabağında,evin içində “aşiq”lərin bir-birinə sarılması,bəzi hallarda çox açıq səhnələr... Tamaşaçılara bolqar kimi təqdim edilən obrazların (bir nəfərdən başqa-onun da “qorxulu” olması çox inandırıcı görünmür) dürüstlüyü,haqsevərliyi aşılanır (ey Todor Jivkov! Məzardan başını qaldır,və “Nə yaxşı işlər görmüşəm,çox razıyam”- söylə) Həqiqətdə isə bolqar mafiyası maska və göz boyamaq vasitəsidir.Uzun sözün qısası- bic və hiyləgər şəkildə bir oyun nümayiş etdirilməkdədir. Görəsən, “serialda banda-mafiya-dövlət əməkdaşlığına dair problem gündəmə gətirilir yoxsa dayaz yollarla bir sevgi hadisəsi təqdim edilir?”- sualı da qarşımızdadır.Ancaq suala gərək yoxdur,serial filmdə guya bir sevgi hadisəsindən bəhs edilir. Sevgisi üçün boynuna üstündə xaç olan boyunbağı asmaq isə bir ərəb əfsanəsindən (Şeyx Sənan və xristian qız) iqtibas edilərək o motivdən Türklüyə qarşı istifadə edilmişdir) Azərbaycan şair-dramaturqu Hüseyn Cavid müsəlman şeyxi ilə xristian qızın məhəbbətinə dair əfsanəni əsas götürərək 1914-cü ildə “Şeyx Sənan” faciəsini yazmışdır.Sənan Məkkənin tanınmış bir şeyxidir.Proseslərin irəliləməsi nəticəsində o,sarsılmaz bir sevginin qurbanı olur.Serialda Sənanın sevgilisi bolqar millətindən olub iki adı var.Pyesdə isə Şeyx Sənanın sevdiyi qız gürcüdür,onun da iki adı vardır(Tamara və Xumar) Serialdan fərqli olaraq,Hüseyn Cavidin əsərində erotik nüanaslar,təfərrüatlar yoxdur.Serialda realist-erotik,Hüseyn Cavidin əsərində isə təsəvvüf sevgisi əks etdirilir. Məhəbbətə dair süjetdən danışdıq.Filmdə məhəbbətə dair süjetin əks etdirilməsindən danışanda Qərbdə 1997-ci ildə çəkilən “Titanik” xatırlamamaq mümkün deyildir.Yüksək sevginin insanı heyrətə salan ifadəsi. Tanrıya şükür olsun ki,son vaxtlarda vətənsevərliyi,milləti,ictimai və fərdi həqiqətləri sənətin vasitəsiylə predmetiv şəkildə əks etdirən və sənətin ön plana çıxdığı seriallar da çəkilir. Nəhəng ayna eqoizmi Burada sənət dəyəri yüksək olmayan,dayaz, adi ssenarili (dünyada məşhur yazıçı Çingiz Aytmatovun gözəl əsərindən başqa) filmlərin ulduz aktrisası(bir vaxtların) Türkan Şoraydan da bəhs edəcəyəm.Türkan Şoray asan yollarla ad çıxarmış və incəsənəti az anlayan təbəqələrdə adı yayılmışdır.Buna baxmayaraq,özü barədə danışanda ağzına çullu dovşan sığmayaraq özünə heyranlığın zirvəsinə çatır.Niyə çatmasın? Əl çalanlar,süni şəkildə tərifləyənlər olan yerdə özlərini niyə zirvədə görməsinlər? Ancaq bu yazıda bizim məqsədimiz Türkan xanımın kino aktrisası kimi yaradıcılığını sənət baxımından analiz edib qiymətləndirmək deyil.Əslində buna gərək də yoxdur. Əsas məqsədimizə uyğun olaraq və mövzumuzun davamı baxımından bir neçə il əvvələ qayıdacağıq.Hörmətli Türkan xanım 16 oktyabr 2006-ccı ildə “Sabah” qəzetinə verdiyi müsahibədə “Mən çərkəzəm” deyərək öz soyu və mənşəyi ilə öyünmüşdü.Öyünsün,buna deməyə sözümüz yoxdur.Ancaq var.Hakim millətin,yəni Türklüyün çətiri altında milli mənsubiyyət duyğusundan məhrum qalmamaq hamının haqqıdır.Türkan xanım sonra davam edərək şəxsi gözəlliyi ilə bağlı bəzi şeylər deyir:”Çərkəz qadınları öz gözəllikləriylə məşhurdur.Əslində mənim də gözəlliyim çərkəz olmağımdan bəlli deyilmi?” İndi bu hikmətli söz, “dərin məzmunlu ifadə” üçün özümüzdən getməyimiz lazım deyilmi? Türkan xanıma bir “şeyi’ də izah etməyim lazımdır: milli mübarizə illərində Atatürkün əsgərləri İstanbulda yox,bir-birindən 100 kilometrlərlə aralı olan cəbhələrdə yağışa-qara-qışa-qızmar günəşə məhəl qoymadan düşmənlə boğaz-boğaza tutduğu qanlı çarpışmalarda Vətən üçün canlarını vermişdi. Bundan əlavə,yuxarıda bəhs etdiyim 24 oktyabr 1921-ci il tarixli “Çərkəz millətinin ümumi bəyanatı”ndan bir hissəni də verirəm:”Digər tərəfdən,Mudros sazişindən sonra çərkəzlərin az qismi Anadolu inqilabçılarına (tamamilə səhv duyğu ilə) qoşularaq, bir növ,Mustafa Kamalın öz hökmranlığını qurmasında iştirak etsələr də Kamalistlərin anti-humanist hərəkətlərini və səhv siyasətlərini onlar da görüb başa düşən kimi geri qayıdılması problem yaratmayan qısa müddətdə peşmançılıq hiss edərək çərkəzlik yoluna geri qayıdıblar” Hər şey açıq-aşkardır,elə deyilmi? İndiki halda burada əlavə şərhə və izaha nə ehtiyac var? Qurtuluş müharibəsi vaxtında çərkəz Bəkir,çərkəz Əthəm,çərkəz İbrahim,çərkəz Qara Mustafa və çərkəz Rəşidin necə problemlər yaratdıqlarını bilmək üçün böyük Atatürkün “Nitq”ini oxumaq lazımdır. Aktrisa xanım sözlərinə davam edərək belə deyib:”.. çərkəz,yunan,kürd,laz- hamımız bir bütövük.Eyni torpaqlarda yaşayırıq,hamı bərabər hüquqludur” Düzdür,hamı bərabər hüquqludur.Ancaq o biri xalqları sayarkən nyə qurucu Türkün adı yoxdur? Hamı bərabərdirsə,bu bərabərlik içində Türk yoxdurmu? Bəli,sizə görə çərkəz,yunan,kürd,laz –Türklükdən kənar bir bütöv yaratmaqdadır.Bunun da nəyə və nələrə işarə etdiyi açıq-aşkardır.Suflyorlarınızın sizə diqtə etdiyi belə dərin sözlər deməyiniz də məlumdur.Sizə,sizlərə şöhrətli olmağı,rahatlıq içində yaşamağın bütün imkanlarını Türklük verib,xanım! Dayazlığı xatırlatsam,bəlkə məni “düşmənçilik etdiyimə”görə ittiham edəcəklər.Mənim qəti şəkildə belə bir niyyətim ola bilməz.Ancaq məni sıxma-boğmaya salanda xatırlatmaq məcburiyyətində qalacağam.Türklər təzyiqə,çətinliyə məruz qalıb kənardan gələnlərə həmişə qucaq açıb,onlara sığınma haqqı verib,hörmətlə yanaşıb hətta yüksək vəzifələr verib.Ancaq təəssüf ki,qucaq açmaq,hörmətlə yanaşmaq təzyiqdən qaçanlarda özlərinə heyranlıq,özlərini bəyənmə,özlərini üstün görmə düşüncəsi yaratdı. “Qucaq açmaq,hörmət etmək” bu şəkildə eqoizm vasitəsinə çevrildi.Burada fransız səyyahı Jan Tevenonun Türklər haqqında müşahidələrindən birini sözlərimə əlavə etmək istəyirəm: “Müsəlman,xristian,yəhudi olmasının fərqi yoxdur-Türklər hamı üçün yaxşı şeylər istəyərlər” Bəli,bunları bir Türk yox,xristian bir fransız deyirdi.Düz təsbitə etiraz etmək mümkündürmü? Cılızlaşma Biz gənclərin ürəyinin Türk sevgisiylə dolu olduğu 1974-cü ilin isti yay günləriydi.Ancaq o hərarəti Emel Sayının Bakının ən böyük konsert zalında oxuduğu mahnıların hərarəti kölgədə qoymuşdu.Günortaya qədər və günortadan sonra gündə iki konsert olur,salon ağzına qədər dolurdu.Son dərəcə gözəl səs, sənətkarın bəyənilən görünüşü,mahnıların arasında müğənni xanımın alov dilimi kimi Türk qoxusu verən sözləri...Gözəl səs,bəyənilən görünüş,mahnılar,müğənninin danışığı və alqışlar ahəngdar bir bütöv yaradırdı.Təkcə konsert zalı yox,bütün Bakı Türk dünyasının coşqun və xoşbəxtlik bəxş edən atmosferində idi.Bu möcüzəvi,görkəmli mənzərənin yaradıcısı və ev sahibi Emel Sayın idi.Sənətkar xanım Bakıdan İstanbula fateh kimi qayıtmışdı.Hətta o vaxt Emel Sayının Bakıdakı konsertlərini “Emel Sayın Bakıda inqilab etdi”- sözləriylə dəyərləndirlən də olmuşdu.Onun Bakıda verdiyi konsertdən sonra şəkilləri evləri,vitrinləri,ona yaraşan yerləri bəzəmişdi. 2019-cu il,Emel Sayın.Türkiyə Cümhuriyyəti dövlətinin ən yüksək mərtəbəsinə gətirilməsinə baxmayaraq,Türklük məfhumundan xoşu gəlməyən adamın müraciətinə cavab olaraq tez-tələsik onun təşkil etdiyi mərasimdə iştirak etdi və yanında durdu.Şübhəsiz, Balkanları fəth edən ulu babalarını unudaraq. Alqışlamaq mərasimindən kənarda qalmaq “Dövlət sənətçisi” adını daşıyan bir müğənniyə yaraşardımı? “1974-cü ilin o yay günlərinə, fateh kimi geri qayıtmağa heyf”- demək istəyirəm.Ancaq namizəd göstərdikləri adamın yolu yarıda qaldı.”Sivasın bağları göründü” Ancaq buna qanımızı qaraltmamaq lazım gələcək.Bundan sonrakı seçkidə daha ağıllı hərəkət edər (süddən ağzı yanan qatığı üfləyərək yeyər) və onun şan-şərəfinə bu dəfə İzmir marşı çaldırılar. Türkcədə “yemləmə” məfhumu var.Sözün gəlişi,”yemləmə mətbuat” Mən sənətkarın gözəl səsini,uca sənətini heç cür bu məfhuma uyğun görə bilmərəm.Gözəl səsi olan müğənni uyğun görəndə bunu özünə yaraşdıra bilir.Bunda bir problem yoxdur.Məşhur bir sənətkarın (məşhurlaşmış hər hansı peşə sahibi olsun-fərq etməz) şəxsi həyatı da diqqəti cəlb edər.Məşhur bir şəxsin başqa millətdən və ya dindən olan biriylə evlənməsi də.Xüsusilə,ərə gedəndə.Bəlkə “Sən də ağ etmə,sənətin,sənətkarın milliyyəti olarmı?”- deyəcəksiniz.Başqa millətlər (məsələn,ingilis,yunan,yəhudi..)- başqa şeydir.Onlar başqa bir milliyyətə və ya dinə mənsub olanları özlərininki kimi qəbul edə bilirlər.Amma biz bunu edə bilmərik, etmək istəmərik. Məlumdur ki,kino aktrisası Filiz Akının keçən əsrin 60-70-ci illərinin film ulduzlarından biri kimi tanınırdı.O,ikinci dəfə yəhudi mənşəli bir adama(Fransa vətəndaşı) ərə getmişdi.Evlənərkən yəhudi dinini qəbul edərək yəhudi olduğu dillərə düşmüşdü.Başqa sözlə desək,müsəlmanlıqdan çıxıb başqa bir dini qəbul etdiyi üçün,islam ənənəsinə görə,”mürtəd” olmuşdu.Belə görünürdü ki,ərinin dini və milliyyəti Filiz Akının xoşuna gəlmişdi.Bir müddət sonra bu nigah sona çatmış və Filiz Akın Türk milliyyətindən olan bir vətəndaşla evlənmişdi.Yəhudi dininə mənsub bir insan kimi. Bu iki qadını müqayisə edəndə ortaya özlüyündən bir sual çıxır: görəsən,Emel xanım da bir əcnəbiylə evlənəndə dinini dəyişdirib təzə ərinin dinini qəbul etmişdimi? Alqışlama mərasiminə hansı dinə mənsub insan kimi getmişdi? Əlbəttə,Emel xanım da istədiyi kimi ərə getməkdə sərbəstdir.”Mürtəd” olsun və ya olmasın.Bundan kimə nə? Bu dünyada hər şey olur hətta yaş artanda insan ağlını da itirə bilir. Bir maraqlı məsələ də var.Yuxarıda da qeyd etdiyim kimi,kino aktrisası Türkan Şoray “Mən də çərkəzəm”- deyərək özünün çərkəz mənşəli olmasıyla öyünür,onun çox həm də çox şişirilən gözəlliyinin çərkəzlərə məxsus olduğu bir cəhət olduğunu vurğulayır.Emel Sayın isə sanki öz mənşəyindən uzaqlaşıb və ya milli kimliyini şüur altına dəfn edib.Belə məlum olur ki,Osmanlı dövründəki “öyrəşmişlik” hələ də həyatını davam etdirməkdədir.İnsan bu halda “Yoxsa bu durum,yəni, “millətaltı” kimlik (və ya mikromilliyyətçilik”) ilə unutmağın,hürkəkliyin tablosunu çəkirmi?”- sualını verməkdən özünü saxlaya bilmir. Türk qadını Bildiyimiz kim,lap qədim çağlardan bəri Türk ailəsində və cəmiyyətində qadın çox şərəfli yer tutmuşdur.Həyatın bütün sahələrində Türk qadını kişinin yanında ağ üzlə getmiş,iffət,dürüstlük,əmək simvolu kimi hər kəs qadına hörmət bəsləmiş,ona daim etimad edilən insan kimi yanaşılmışdır.İslamdan əvvəl Türk cəmiyyətində qadının misli-bərabəri olmayan yeri heç bir başqa ölkəylə müqayisə edilməz dərəcədə yüksəkdə olmuş,qadın cəmiyyətdə örnək rolunu oynamışdır. Müsəlmanlığın qəbul edilməsindən sonra şərtlərə uyğun məhdudlaşdırmalar,zaman keçdikcə əcnəbi mədəniyyət normalarının c yerləşməsi belə Türk qadınının ailə və cəmiyyətdəki hörmətli mövqeyinə,müsbət imicinə kölgə sala bilməmişdir.Türk qadınına cəmiyyətdə göstərilən hörmət ilə o biri müsəlman ölkələrindəki qadının vəziyyəti müqayisə ediləndə çox ciddi fərqlərin müşahidə edildiyini qərbiçiliyə salmaq olmaz (təəssüf ki,bəzi əcnəbi təsirləri hələ də aradan qaldırmaq mümkün olmamışdır) Türk qadınlarının gözəlliyi dillərə dastan olmuşdur.Cild-cild kitablara sığmayan bəzi örnəklərdən burada bəhs edəcəyik. İtaliya səyyahı Marko Polo 1271-1275-ci illərdə Orta Asiyadan Çinə getmişdi.O,uzun müddət davam edən səyahətinə dair qeydlərinin əks edildiyi “Kitab”ında “Türk qadını dünyanın ən təmiz qadınıdır”- yazmışdır.”Ay üzlü,badam gözlü” Türk qadınının gözəlliklərindən orta əsr mənbələrində də tez-tez bəhs edilmişdir.İran ədəbiyyatında bir müddət “Türk” sözünün “gözəl insan” mənasında işlədildiyini də bilirik.Bu məna məşhur İran şairi Hafiz Şirazinin (XİV əsr) bir qəzəlindəki beytdə bu şəkildə ifadə edilir: Əgər on Törk-e Şirazi bədəstarəd del-e mara Be hal-e Hinduyeş behşəm Səmərqəndü Buxarara Tərcüməsi: Əgər o Şirazın gözəli mənim ürəyimi ələ keçirsə O hindi xalına Səmərqənd ilə Buxaranı ənam verərəm. İngilis qadın yazıçısı Leydi Montaqunun əri 1716-1727-ci illər arasında Britaniyanın Türkiyədəki səfiri vəzifəsini tutub.Bu müddətdə Leydi Montaqu rrəfiqələrinə və dostlarına Osmanlı cəmiyyətinin həyatı,Türk qadınlarının vəziyyətinin təfərrüatları barədə məktublar yazmış,sonradan bu məktublar və xatirələr bir yerə yığılaraq kitab halında çap edilmişdir. Leydi Montaqu xatirələrində Türk qadınlarını bu şəkildə xarakterizə etmişdi:” Türk qadınlarının ən bpyük bəzəyi- Türk olmalarıdır” İngilis səyyahı C.S.Bakinqem 1816-cı ildə Suriya,İraq və Şərqi Anadolu Türkmənləriylə görüşmüş,onlarla bağlı əldə etdiyi məlumatları və fikirləri yazmışdır.Xüsusilə,onun Türkmən qadınları haqqındakı məlumatları çox təsirlidir.Bakinqem,Türkmən qadınlarının qürur duymamız lazım olan xaraktersitikalarını bu sözlərlə ifadə edib:” Türkmən qadınları həqiqətən gözəldir.Onların heç biri yaşmaq taxmır. Üzlərində həmişə xoş görüntü var.Bunlardan başqa cəzbedicidirlər və son dərəcə gözəl geyinirlər” İngilis səyyahı Türkmənlərlə ərəblər arasında da müqayisə aparıb.Onun Türkmən kişilərini təqdimindən,onlar barədə dəyərləndirmələrindən sonra qadınlar haqqındakı bu sözləri gəlir:”Onlar (Türkmən qadınları-E.C.) ümumilikdə sağlam,təmiz,mehriban, gözəldirlər və gözəl geyinirlər.Onlar ərəb qadınları kimi göy boyalar sürtərək üzlərini kifirləşdirməzlər və həmçinin, ərəb qadınları kimi üzlərini örtməzlər” Həmişəki kimi ən axırda yenə də Atatürkə müraciət edəcəyik.Çünki taleyimizə bu yazılıb.Bildiyimiz kimi, Atatürk, başlatdığı inqilabi həmlələrlə,Türklüyün şanlı tarixini canlandırmağı, Türk mədəniyyətini bütün təfərrüatıyla aydınlığa qovuşdurmağı,Türklüyü onun haqqı olan ucalıqlara çatdırmağı və Türkiyə Cümhuriyyətini hər sahədə qüdrətli qılmağı qarşısına məqsəd qoymuşdu. O,bu məqsəd uğrunda müxtəlif vasitə və metodlardan istifadə etməyə çalışırdı.Gözəllik müsabiqəərinə də bu prizmadan yanaşırdı. 1932-ci ildə Keriman Halis “Dünya gözəli” seçildi.Atatürk bu qalibiyyətə görə verdiyi müsahibədə qürurla deyirdi: Türk soyu dünyanın ən gözəl soyudur. Təəssüf ki,yuxarıda da qeyd etdiyimiz kimi,artıq Türk dünyası miqyasında Türk ailəsi və Türk qadını imperializmin zehniyyətini,imperializmin yerli əməkdaşlarının,xaricdən idarə edilən əlaltılarının hücumları qarşısında müdafiəsiz qalmışdır. Türk gözəli Nəğmələr uçuşan,günəşlər doğan Xoşbəxt ənginlikdir uzay(səma) gözlərin “Çox gözəl” deyirdi göydə dolu ay Çox gözəl her gün her ay gözlerin. Bəzən həndir-hamar yolu illərin Dərdi acı olur yetim yolların Gözləsə üstündə çətin yolların Edər çətinləri qolay (asan) gözlərin Öz soyundan gələn bənzərsiz varlıq O baxışlar ilə cənnətə vardıq Fateh sarayları küskündür artıq Qurub könüllərdə saray gözlərin Eşqi sular da alovlandırır Oyadıb alpları atdan endirir Ən gözəl gözləri baş da əydirir O Turan gözlərin olay gözlərin. Türkcədən tərcümə İlkxeber.org-undur.
© 2020 - Created by İLK XEBER.