Türkiyədə 4 Fransa agenti yaxalandı...

Türkiyədə Fransaya casusluq etməkdə şübhəli bilinən dörd nəfər tutulub.
 
Moderator.az xəbər verir ki, bu haqda  22 iyun - bazar ertəsi günü Türkiyənin “Daily Sabah” qəzeti məlumat yayıb.  Nəşrin yazdığına görə,  söhbət mühafizəkar fondlar, dini qruplar, Türkiyənin Dini İşlər İdarəsi və onun əməkdaşları haqqında məlumat toplayan vətəndaşlardan gedir.
Saxlanılanlar Türkiyənin Milli İstihbarat Təşkilatının(MİT) agentlərinə məxsus olduğu iddia edilən saxta vəsiqələrdən istifadə edib. "Əfsanə" yə görə, onlar terror təşkilatları, xüsusən də "İslam Dövləti" haqqında məlumat toplayıblar.
Frnasa casusları Qadın və Demokratiya Fondu (KADEM), Sadak Taşi adına Humanitar Yardım Agentliyi və Gənclər İnnovasiya Fondunun himayəsi altında hərəkət ediblər.
Əsas şübhəlinin adı da bəlli olub: Metin Özdemir. Onun Əfqanıstanda xidmət edərkən Fransa hərbçiləri tərəfindən ələ alındığı iddia edilir. Sonradan bu adam Fransanın İstanbuldakı Baş Konsulluğunda işləyib.
Sultan Laçın