İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Rusiyanın Sənaye-Ticarət Nazirliyinin və qonşu ölkənin Azərbaycandakı Ticarət Nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Neft-qaz maşınqayırması sahəsində əməkdaşlığın inkişafı" mövzusunda videokonfrans formatında görüş keçirilib. “Report” xəbər verir ki, görüşdə AZPROMO-nun departament rəhbəri Zöhrab Qədirov ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, ixrac imkanları, icracın genişləndirilməsi istiqamətində həyata keçirdikləri tədbirlər barədə məlumat verib.
© 2020 - Created by İLK XEBER.