İngiltərənin "Everton" klubunun baş məşqçisi Karlo Ançelotti vergidən yayınmaqda ittiham olunur. "Report" "Sky Sports"a istinadən xəbər verir ki, 61 yaşlı italiyalı mütəxəssisin 2013 - 2015-ci illərdə İspaniya "Real Madrid"ində işlədiyi dönəmdə 1 milyon avro vergi ödəmədiyi iddia edilir. Madrid prokurorluğu Ançelottinin 2014-2015-ci illərdə imic hüquqlarından əldə olunan gəlirlərə görə vergi ödəmədiyinə dair açıqlama verib. Baş məşqçi və onun nümayəndələri məsələ ilə bağlı açıqlama vermək istəməyiblər. Qeyd edək ki, Karlo Ançelotti "Everton"da 2019-cu ildən işləyir.
© 2020 - Created by İLK XEBER.