Azərbaycan Respublikasının prokurorluq orqanlarında kadr korpusunun komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir. Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlərlə Ramazan Hadıyev Beyləqan, Rauf Gözəlov Qazax, Nazim Babayev Qəbələ, Behruz İbrahimov isə Yardımlı rayonunun prokuroru vəzifələrinə təyin ediliblər. Kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə formalaşdırılması istiqamətində islahatlar davam etdiriləcəkdir.
© 2020 - Created by İLK XEBER.