Son vaxtlar sosial şəbəkələrdə Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin açıq-aşkar təhqirlərə məruz qalması cəmiyyətdə kəskin etirazla qarşılanıb. Artıq Azərbaycan siyasətçiləri, ziyalıları, hüquq müdafiəçiləri çox haqlı oalaraq ölkəmizin ictimai-siyasi, mənəvi simalarınnın sosial şəbəkələrdə təhqir etmə kampaniyasına qarşı birlik nümayiş etdirməkdədir. Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli də İlkxeber.org saytına açıqlamasında Şeyxə qarşı aparılan bu çirkin kampaniyadan təəssüfləndiyini bidirib. Partiya sədrinin sözlərinə görə, sosial şəbəkələrdə Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin heç bir fakta söykənməyən böhtan dolu aşağılayıcı ifadələrlə təhqir edilməsinə qarşı çıxan hüquq müdafiəçilərinin narahatlıqlarını bölüşür: “Mən onların movqeyini bəyənir və dəstəkləyirəm. Hesab edirəm ki, hər hansı bir şəxsin, o cümlədən Şeyximiz kimi dini dəyərlərin daşıyıcısının aşağılanması, təhqir olunması yolverilməzdir və bütövlükdə dinimizə qarşı yönəlmiş bir fəaliyyətdir”. Q.Əlibəyli, eyni zamanda bu təhqirlərə yol verən insanları milli əxlaqımıza, milli və dini dəyərlərimizə, həmin dəyərlərin daşıyıcılarına və xüsusən də Şeyximizə hörmətlə yanaşmağa çağırıb. İlkxeber.org
© 2020 - Created by İLK XEBER.