İyunun 10-da Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Cəlilabad Regional Mərkəzi və Lerik Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “İnsan hüquqları aylığı” çərçivəsində videokonfrans keçirilib. Videokonfransda DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lerik RİH başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov, Lerik rayonunda fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak edib. Çıxışlar zamanı insan hüquq və azadlıqları ilə bağlı qəbul edilmiş qanunlar, qərarlar və digər normativ aktlar haqqında məlumat verilərək, ölkəmizdə bu sahədə görülən işlər, həyata keçirilən layihələr vurğulanıb. Natiqlər 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında olan maddələrin 1/3-nin insan hüquq və azadlıqlarına həsr edildiyini, ölkəmizdə bu istiqamətdə mütərəqqi tədbirlərin həyata keçirildiyini qeyd ediblər. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
© 2020 - Created by İLK XEBER.