Son zamanlar ölkəmizin ictimai-siyasi, mənəvi simalarını sosial şəbəkələrdə təhqir etmə kampaniyasına qarşı artıq Azərbaycan ziyalıları birlik nümayiş etdirməkdədir. Birlik.az saytı mövzu ilə bağlı bu dəfə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Dilavər Əzimlidən münasibət öyrənib. D.Əzimli bildirib ki, bu bizi sevməyən ölkələrin xüsusi xidmət şəbəkələrinin işidir: “Azərbaycanda işə düşən bu xətt haqqında biz dəfələrlə yazmışıq. Burada müxtəlif şəbəkələr bizə qarşı birləşibdir. Buraya Bizi sevməyən ölkələrin xüsusi xidmət şəbəkələri daxildir. Bundan ən çox da erməni şəbəkəsi istifadə edir. Bir zamanlar bu şəbəkələrinn fəallaşmasında Azərbaycanda yüksək vəzifədə oturan məmurlar da iştirak edirdilər. Onların çoxu vəzifədən azad edildi, amma himayəçiləri güclü olduğundan həbsxanalara atılmadılar. Ölkəmizdə erməni şəbəkəsinin fəallığı isə göz qabağındadır. Bunu gündəlik həyatımızı və ictimai-siyasi prosesləri izləsəniz, şahidi olarsınız. Bu şəbəkələrin güclü informasiya siyasəti vardır. Asanlıqla bizdə elm, siyasət adamlarını, analitikləri, jurnalistləri, din xadimlərini, hətta bəzi deputatları da öz torlarına sala bilirlər. Yadınızdadırsa, Babəkin, Xətainin, M.Ə.Rəsulzadənin, N.Nərimanovun, Ə.Elçibəyin üzərinə gediləndə biz həyəcan siqnalı çaldıq ki, bunlar bizi yoxlayırlar. Onlar əmin oldular ki, bizi asanlıqla parçalaya bilirlər və bu işi uğurla davam etdirirlər. Sizə bir sual verim: Bunlar nəyə görə Əliheydər Qarayevi, Qəzənfər Musabəyovu hədəf götürməyib, N.Nərimanovun üzərinə getdilər. Onlar bilirlər ki, o iki şəxsin üzərinə gedəndə uğurlu nəticə alınmayacaqdır. Amma Nərimanov məsələsində millət parçalancaqdır. Bundan qabaq bunu Rəsulzadənin, Elçibəyin üzərində sınaqdan çıxardılar. Bunların bir uğuru da odur ki, milləti bu məsələdə iqtidara qarşı da qəzəbləndirə bilirlər. Yəni, millətin parçalanan bir tərəf hesab edir ki, bu siyasət iqtidar tərəfindən dəstəklənən siyasətdir. Amma görürsünüz ki, bunlar ölkə başçısını, onun ailəsini də hədəf alıblar. Tez-tez də Hacı Allahşükür Paşazadənin üzərində dayanırlar. Əslində, burada hədəf Allahşükür Paşazadə deyildir, Azərbaycanda olan dini müstəvidir. Hacı Allahşükür Paşazadə Qafqazın şeyxülislamıdır və ona Şimalı Qafqaz, Dağıstan ruhaniləri böyük hörmətlə yanaşırlar. O, Qafqazda dini istiqamətdə birləşdirici fiqurdur. Qafqazda olan xristian, musəvi icmaları da ona böyük hörmət bəsləyirlər. Təsəvvür edin ki, onun haqqında aparılan eybəcər siyasət, yaxud yayılan videolar bütün Qafqaz xalqına necə təsir edə bilər? Burada başlıca məqsəd onu təkcə bizim gözümüzdən deyil, Qafqaz ruhanilərinin gözündən salmaqdır.
Allahşükür Paşazadə böyük bir dini müəssisənin rəhbəridir və çəkisinə görə qonşu dövlətlərdə olan din xadimlərinin içərisində çox böyük nüfuza malik olmaqla, şəxsiyyətinə görə onlardan ucada dayanır. Nəyə görə, Ermənistanda ermənilər öz dini rəhbərini tənqid edmir? Yaxud Gürcüstanda buna getmirlər? Siz bir bu barədə düşünün!!! Halbuki ermənilərin dini xadimi terroru dəstəkləyir və bu adam din xadimindən çox banditə bənzəyir. Amma ermənilər onun haqqında pis mənada kəlmə də danışmırlar. Gürcüstanda da belədir... Bizdə isə vəziyyət bam-başqadır... Əvvəla, mən öz dini münasibətlərimi hansısa din xadiminə görə müəyyənləşdirmirəm... Mən dini münasibətlərimi Allaha, Həzrəti Məhəmməd (s.ə.v.) və Əhli-beyt (ə), Səhabəyə (ə) görə müəyyənləşdiririm. Mənə örnək onlardır. Hamı beləmi düşünür? Əlbəttə, yox!!! Bax, onlar bunu hesablayırlar. Azərbaycanda din institutuna zərbə vurmaq, əxlaqsızlığı yaymaq, insanları milli, dini hədəflərdən uzaq etmək. Erməni şəbəkəsinin ən böyük niyyəti də bax, budur!!!” Tarixçi D.Əzimli bildirdi ki, çətin dövrlərdə ölkənin böyük yükünü məhz Hacı Allahşükür Paşazadə öhdəsinə götürdü: “Mənim yaşıdlarım, yaxşı xatırlayır ki, 1990-cı il qanlı yanvardan sonra ölkə sahibsiz qaldı. O zaman bu sahibliyi üzərinə məhz Hacı Allahşükür Paşazadə götürdü. Onun əlləri qana batan SSRİ rəhbəri M.S.Qorbaçova ünvanlanmış məktubu tarixi sənəddir. Onu ittiham etdi, yaramaz, satqın, əlləri qana batan adlandırdı. O hadisədən sonra mən bir yazı yazdım və sonda qeyd etdim ki, SSRİ dağılmasaydı, M.S.Qorbaçov birinci elə Hacını güllələtdirəcəkdi. Bir məsələni xüsusilə qeyd edim ki, Rusiya Prezidenti B.Yeltsin Çeçenistana qarşı hərbi müdaxilə edəndə Hacı Allahşükür Paşazadə ona qarşı ittihamlarla çıxış etdi və Çeçen xalqını qırdırdığına görə ona tutarlı sözlər yazdı.” Dilavər Əzimli bildirdi ki, Çövhər Dudayev Hacı Allahşükür Paşazadəni Çeçenistanın Milli Qəhrəmanı adlandırmışdı: “O zaman Çövhər Dudayev onu Çeçenistanın Milli Qəhrəmanı adlandırırdı. Onun haqqında çox belə nümunələr gətirə bilərəm. Düşünməyin ki, onu müdafiə edirəm... Onun mənim müdafiəmə ehtiyacı yoxdur... Sadəcə, mənə təsir edən bizim Azərbaycanda olan insanların bu erməni və digər şəbəkələrə işləyənlərin təbliğatlarına uymasıdır. Bizi əməlli-başlı fırlayırlar. Özünüz düşünün, bu ölkənin çörəyini yeyən namuslu bir vətəndaş xaricdə oturub bu cür işlər görərmi? Xaricdə olanda ölkəmin pisi də, yaxşısı da mənim namusumdur. Onlara fərqli münasibətimi özüm bilərəm. Bir adam öz kəndinin qeyrətini çəkməyib, başqa bir kənddə ağzına gələni danışarsa, o adam özü qeyrətsizdir. Yaxud bir elin qeyrətini çəkməyən insana nə ad vermək olar? Eləcə də bir millətin, dövlətini namusunu çəkməyənlərə nə ad vermək olar? Mənim qədər sosial şəbəkələri izləyən yoxdur. Avropada, Rusiyada, ABŞ-da yaşayan ermənilər bizimkilərdən daha çoxdurlar. Pullarını da balta kəsməz. İndiyə qədər görmüsünüzmü ki, xaricdə olan bir erməni öz ölkə başçısı, ailəsi, din xadimi haqqında bu cür çıxışlar edir? Mən şahidi olmamışam. Qeyrətli insan həyatda ac da qala bilər, hətta məhv olmaqla üzləşə bilər!!! Amma bu cür çirkin yollara düşməz!!! Bu gün başqalarının maddi yardımlarıyla bu cür təbliğat aparanlar sabah öz ailələrini də hədəf ala bilərlər. Sən yaxşı adamsansa, ölkədə dövlət səviyyəsində mübairzə aparılan rüşvətdən, korrupsiyadan, bunu yaradan səbəblərdən danış, onları anlat!!! Sən kimsən ki, mənim şəxsi işimə qarışırsan!!! Demək, hədəf bəllidir!!! Ölkə mənəviyyatını məhv etmək, insanları parçalamaq və deyib-gülən, yeyib-içən bir topluma çevrilmək!!! Diqqəti ərazi bütövlüyündən uzaqlaşdırmaq, Azərbaycan, o cümlədən Qafqaz xalqları arasında düşmənçiliyi daha da artırmaq və sairə, sairə... Təbii ki, bu cür təbliğatların arxasında xüsusi qüvvələr dayanır.” D. Əzimli bildirdi ki, bü cür düşmənlərə qarşı toplum olaraq çıxmalıyıq: “Bu mənada millət ayıq olmalı və onlara layiqli cavablar verməlidir. Çünki sosial şəbəkələrə nəzarət etmək mümkünsüzdür. Amma toplum olaraq onların qabağına çıxsaq, heç bir uğura nail ola bilməzlər. Dünyada saysız-hesabsız terror təşkilatları vardır. Onların əsas təbliğat istiqamətlərindən biri də informasiya məkanında söz sahibi olmaqdır. Bu məsələdə onların rolu təbii ki, böyükdür. Bilirsiniz, Azərbaycanı sıradan çıxarmaq və nəzarətdə olan bir dövlətə çevirmək bütün güclərin istəyindədir. Bu məsələdə xaricdə olan erməni diasporaları çox fəaldırlar. Onlar bizim orada yaşayan insanların əli ilə bu işləri gördürə bilirlər. Bu işi görən adamlar çox zaman anlamırlar ki, maliyyəni verən erməni mənbələridir. Belə hallarla çox rastlaşmışam. Məsələn, bizim xaricdə olan bəzi hüquq müdafiəçiləri özləri bilmədən belə erməni şəbəkəsi vasitəsiylə qrantlar alırlar. Təəssüf ki, bu iş birliyini də bizim bəzi nümayəndələr həyata keçirirlər. Məsələn, aldığım bəzi bilgilərə görə, Macarıstanda Ramil Səfərovla bağlı məsələnin arxasında da erməni şəbəkəsi dayanmışdır. Təəssüf ki, erməni şəbəkəsinin bu fəaliyyətinə səs verən bizimkilər də olubdur. Avropa qrant təşkilatları onlara bu maliyyəni insan haqları çərçivəsində veribdir. Amma bu qrantı verən təşkilatların rəhbərliyində də ermənilər təmsil olunur.” Dilavər Əzimli xaricdəki diaspora təşkilatlarını tənqid etdi: “Burada bizim diaspora təşkilatlarının da böyük günahı vardır. Onlarla iş görən rəhbərlik nə düşünür? Ancaq xaricə gedəndə özləri haqqında bol-bol məlumatlar verirlər. Özlərini ölkə başçısına nümunəvi göstərmək istəyirlər. Bu qədər pullar xərclənir, nə işlə məşğuldurlar? İnanın ki, qardaş Türkiyədə onların elədiklərini danışsam, dəhşətə gələrsiniz... Mənim dünyada yaşayan həmvətənlərimizlə əlaqələrim güclüdür. Rusiyada Novosibirskdə bir dostumuz vardır... Şəhərin meri onunla çox yaxındır. Bu adam orada çox böyük işlər görür. Ətrafında çoxlu sayda qeyrətli insanlar vardır. Ona dedim ki, niyə diaspora ilə işləmirsiniz? Deyir ki, ay müəllim, Moskvadan buraya gələn diaspora nümayəndəsinin ya atası, ya da anası ermənidirsə, onlara necə işləyək! Bu cür qeyrətli qardaşlarımız Avropada, ABŞ-da yüzlərlədir... İsveçdə bir dotumuz İsveç Kral Partiyasında beynəlxalq məsələlər üzrə müşavirdir. Yaxud Avropada bir dostumuzun bir qızı parlamentdə deputatdır, o biri isə şəhər parlamentinin deputatıdır. Onlar çox böyük işlər görürlər. Bizim xəbərimiz varmı? Diaspora üzrə təşkilat onları tanıyırmı? Əksinə, gedib oralarda elə adamlarla işləyirlər ki, onlar bizimkiləri daha da parçalayırlar. Sizcə, onlara bir internet kanalı acılsa, onlar necə çalışarlar? Təbii ki, güclü şəkildə çalışacaqlar... Buna görə də xaricdə bu cür təbliğatların aparılmasında bizim də günahlarımız az deyildir. Bizim xaricdə yşayanlar da iqtidar və müxalifətə bölünüblər. Ermənilərə arasında bu varmı? Diasporaya cavabdeh təşkilat da öz yartmaz işi ilə bunu daha da sürətləndirir. Milli Məclisdə olan deputatlar bu məsələni niyə gündəmə gətirmirlər? Bəzilərinin işləri-gücləri öz vəziyyətlərini düzəltməkdir. Yəni, bütün bu məsələlərə birlikdə əlac tapa bilərik!!! Təəssüf ki, bunun əvəzində hələ də bizim əlaqədar təşkilatlar hərəkətə keçmirlər. Hətta onlarla işbirliyində olanlar da az deyildir!!!” Birlik.azƏslində, burada hədəf Allahşükür Paşazadə deyildir, Azərbaycanda olan dini müstəvidir. Hacı Allahşükür Paşazadə Qafqazın şeyxülislamıdır və ona Şimalı Qafqaz, Dağıstan ruhaniləri böyük hörmətlə yanaşırlar. O, Qafqazda dini istiqamətdə birləşdirici fiqurdur. Qafqazda olan xristian, musəvi icmaları da ona böyük hörmət bəsləyirlər. Təsəvvür edin ki, onun haqqında aparılan eybəcər siyasət, yaxud yayılan videolar bütün Qafqaz xalqına necə təsir edə bilər? ...
© 2020 - Created by İLK XEBER.