Dilavər Əzimli. tarixçi alim Hazırda Azərbaycanın ən nəzarətsiz sahələrindən birinə çevrilən sosial şəbəkələrdə bizə düşmən olan qüvvələr at oynatmaqdadır. Bunlar vaxtaşırı tarixi şəxsiyyətlərimizin, dinimizin, ailə münasibətlərimizin üzərinə keçir və milləti parçalamaqla məşğuldurlar. Bundan əlavə, siyasi gündəmi də güclü şəkildə izləyirlər. Bu günlərdə ən çox adı hallandırılan bizim birgə səylərimiz nəticəsində yaradılan Qərbi Azərbaycan (İrəvan) Mühacirət Respublikasıdır. Xüsusilə ermənilər və ona bağlı saytlar dərin təşviş keçirirlər. Çünki ölkəmizdə hamı bu respublikanın yaradılmasından sevinc hissi keçirir. Uzaq Yaponiyadan tutmuş, Avropaya, qardaş Türkiyəyə, Rusiyaya, ABŞ-a qədər yayılan həmvətənlərimiz bu respublikanın işində həvəslə iştirak etməyə razılıq verirlər. Bu respublika ilk olaraq dəyərli dostumuz Qafar Çaxmaqlı tərəfindən bir təşəbbüs kimi irəli sürüldü və biz də Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq onu dəstəklədik. Hesab edirik ki, bu ideya Bütöv Azərbaycanın yaradılmasında xüsusi əhəmiyyətə malik bir ideyadır və mən şəxsən əminəm ki, biz İrəvanı qaytaracağıq. Bu gün erməni gavurlar Şuşanı “paytaxt” elan edə bilər, amma sonda Azərbaycanın Mübariz İbrahimovları İrəvana qədər irəliləyəcəkdir. Buna tam əminəm!!! Biz bu istiqamətdə dövlətimizin yanındayıq və həmin mübarizədə təşkilat olaraq iştirak edəcəyik. Təəssüf ki, Azərbaycanda olan müxtəlif şəbəkələrə işləyənlər bu respublikanı hədəf seçmişlər.
Baxın, artıq yeni layihəyə start verdilər. Bu günlərdə “Millətçilik. az” saytında gedən kiçik yazı da məhz bu məqsədə xidmət edir. Bu saytda belə bir yazı getmişdir: “İrəvan məsələsində Q.Çaxmaqlı ilə “komanda” yoldaşları arasında fikir ayrılığı”. Saytın bizim yaratdığımız respublikaya münasibətinin qeyri-səmimi olduğu ilk andan biruzə verir. Məni və Faiq Ələkbərlini “komanda” üzvü adlandırır. Bu saytdan mənim tələbim ondan ibarətdir ki, etikaya əməl etsin. Mən nəinki bu respublikanın “komanda” üzvüyəm, əksinə onun yaradılmasının təşəbbüskarıyam. Çünki Qafar Çaxmaqlı ilk olaraq bunu mənimlə də məsləhətləşdi. Bəlkə sizi narahat edən odur ki, necə olur ki, cəlilabadlı bir adam bu komandaya daxil olur? Unutmayın ki, Azərbaycan tarixi coğrafiyasının hər metrinə mən öz namusum kimi baxıram və özümü Bütöv Azərbaycanın vətəndaşı sayıram. Faiq Ələkbərli də həmçinin... İkincisi isə, bizimlə Qafar Çaxmaqlı arasında heç bir fikir ayrılığı ola bilməz və sizin kimlərinsə sifarişi ilə yazdığınız bu müəllifsiz yazı heç bir əhəmiyyət daşımır. Qafar bəyi 30 ildir ki, tanıyıram və o zamandan millət, dövlət mücadiləsində birgə addımlayırıq. Qafar bəyin bu sözlərinə istinad edərək parçalanma yaratmaq istəyirsiniz: “Azərbaycan Prezidenti doğru olaraq vurğulayır ki, bizim 1918-ci ildə əvvəlcə İrəvan və ətrafında olan ərazilər Ermənistana ədalətsiz şəkildə verildi”. Sizə məsləhət görərdim ki, Qafar bəyin müsahibəsini ətraflı verin... Bizimlə oyun oynamayın... Bu sanki erməni oyununa bənzəyir. Qafar bəy nə deməliydi ki... Deməliydi ki, ədalətli şəkildə verilibdir? Təbii ki, o zamanın şərtləri daxilində İrəvan ədalətsiz şəkildə verdirildi. Rusiyanın, Avropanın birbaşa müdaxiləsi və Osmanlının çətin vəziyyəti belə bir şəraiti yaratdı. Siz hətta bundan istifadə edərək bizi ölkə başçısı ilə üz-üzə qoyursunuz... Bunu sizlərə kim tapşırıb? Yazırsınız ki, biz ölkə basçışını tarixi bilməməkdə qınayırıq. Əksinə, biz yazırıq ki, o zamanın tarixi reallıqları eləydi ki, yoxdan bir dövlət quran Azərbaycan Xalq Cümhuriyyəti qəhrəmanları böyük təzyiq nəticəsində bu reallığı qəbul etdilər. Çünki yox olmaq təhlükəsi ilə üzləşmişdik. Sonra da müqayisə edirik ki, baxın, ötən əsrin əvvəllərində və sonunda bizi yenə də torpaq itkisi ilə üzləşdirdilər. Bu sözləri ölkə başçısı da vurğulayır. Əgər həqiqətən də bu vətənə qulluq edirsinizsə, onda mənim yazımdan Rusiya ilə bağlı ifadələrimi verəydiniz... Nə əcəb verməmisiniz... Demək, məqsəd aydındır... Siz hətta Qərbi Azərbaycan (İrəvan) Mühacirət Respublikası adını da dırnaq arasında vermişiniz... Məncə şərhə ehtiyac yoxdur... Sonda bir daha bildiririk ki, bu respublika yaradılıbdır və tezliklə də qurultayı keçiriləcək, dövlət strukturları yaradılacaqdır!!! Bizim başlıca qayəmiz həmin torpaqlara qayıtmaqdır!!! Bunu da bacaracağıq!!!Bu gün erməni gavurlar Şuşanı “paytaxt” elan edə bilər, amma sonda Azərbaycanın Mübariz İbrahimovları İrəvana qədər irəliləyəcəkdir. Buna tam əminəm!!! Biz bu istiqamətdə dövlətimizin yanındayıq və həmin mübarizədə təşkilat olaraq iştirak edəcəyik.
© 2020 - Created by İLK XEBER.