Paşinyan Ermənistanın cəhənnəmə çevrildiyini açıqladı

  Ermənistanın baş naziri Nikol Paşinyan fövqəladə vəziyyət üzrə komendaturanın növbəti iclasından sonra ölkəsində vəziyyətin “cəhənnəmə çevrildiyini” açıqlayıb. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyan ölkədə koronavirusa yoluxma hallarının kəskin artmasına görə səhiyyə sisteminin çökdüyünü, yeni xəstələri qəbul edə bilmədiyini, yüzlərlə xəstənin xəstəxanaya yerləşdirilmək üçün növbə gözlədiyini deyib. Onun sözlərinə görə, situasiya kritik həddi keçib və “cəhənnəmə çevrilib”. Xatırladaq ki, Paşinyan özü və ailəsi də koronavirusa yoluxub, amma onlar ev şəraitində özlərini təcrid ediblər. “Bu gün biz ölkədə total karantin tətbiq edilməsi barədə qərar qəbul etməyə çox yaxın idik. Lakin sonda belə qənatə gəldik ki, bu vəziyyəti xilas etməyəcək. Ölkədə antipandemiya hərəkatı başlamalıdır və biz hamımız situasiyaya ciddi yanaşmalıyıq”,-Paşinyan belə deyib. O, vətəndaşları “koronavirus yoxdur”, “maska taxmaq lazım deyil, çünki xeyri yoxdur”, “hökumət yoluxanların sayını qəsdən şişirdir” kimi şaiyələrə inanmamağa çağırıb. Paşinyana görə vrusun belə sürətlə yayılmasının səbəbi insanların təhlükəyə məhəl qoymaması və laqeydliyidir. Onun fikrincə, insanların davranışı dəyişmədən və epidemiya əleyhinə tədbirlərə sərt riayət olunmadan vəziyyəti dəyişmək mümkün olmayacaq. Ermənistanda hər gün 600-a yaxın adam koronavirusa yoluxur və artıq bütün xəstəxanalar dolub. Ölənlərin sayı da hər gün artır. Ermənistan Cənubi Qafqazda koronavirusla bağlı ən dramatik vəziyyətin hökm sürdüyü ölkədir.