Dilavər Əzimli, tarixçi alim Son günlər İrəvanın Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ermənilərə paytaxt kimi verilməsi təbliğatının gücləndirilməsi məni bir ziyalı kimi dərindən narahat etdi və bu statusu yazmağa qərar verdim. Bu təbliğatlar zamanı əksəriyyət çıxış edən “mütəxəssislər”, bütün günahı Azərbaycan Cümhuriyyəti üzərinə yıxmağa çalışırlar. Hətta televiziyalarda təqdim olunan sənədli filmlərdə də bu mövqe özünü göstərir. Bu olduqca qərəzli yanaşmadır və təbii ki, bu insanlar Azərbaycan Cümhuryyətinin üzərinə getməklə erməni dəyirmanına su tökürlər. Bəllidir ki, ölkə əhalisinin əksəriyyəti yaxşı bilirlər ki, Azərbaycan Cümhuriyyəti qəhrəmanları yoxdan bir dövlət yaratdılar. İrəvan və ətrafı isə 1828-dən bu yana Rusiyanın əraziləri idi. O cümlədən Azərbaycanın Quzeyi bütünlüklə Rusiya əsarəti altında olmuşdur. Amma Azərbaycan Cümhuriyyəti yoxdan bir dövlət qurduqdan sonra Batuma qədər torpaqlarımıza sahib çıxmaq istəyirdi. Onların qarşısına İngiltərə, Fransa, Rusiya çıxdı. Bu müttəfiqlərin qarşısında aciz duruma düşən Osmanlı da İrəvanın ermənilərə payraxt kimi verilməsi məsələsində Azərbaycan Cümhuriyyəti qurucularına təzyiqlər etdilər. İlk olaraq Aleksandropol (Gümrü) ermənilərə paytaxt veriləcəkdi, amma zorla İrəvanın alınıb ermənilərə verilməsini təmin etdilər. Bu məsələdə İngiltərə və Rusiya xüsusi rol oynadı. Bizimkilər nə İngiltərənin, nə də Rusiyanın adını çəkirlər. Hətta bolşevik təfəkkürlü “mütəxəssislər”in əlinə imkan düşübdür. Bu məsələdə bəziləri də bilə-bilə edirlər. Onlara sual edirəm: Siz bu məqsədə söykənməklə nə əldə edirsiniz? Nəyə görə bu günlər 1920-ci il may ayında baş vermiş Gəncə üsyanı barədə danışmırsınız? Kimdən qorxursunuz? Rusiyadan? Siz yaxşı bilirsiniz ki, 1920- ci il may ayının 26-dan 31-nə kimi Rusiya dünya müharibəsində döyüşə biləcək hərbiçilərini Gəncəyə yönəltdi. Siz o zaman Levandovskinin əmrini oxumusunuzmu? Əmr edir ki, Gəncədə qoca, qadın, uşaq, kim varsa, qırın!!! Gəncəni götürün!!! Rusia hərbiçiləri ermənilərlə birlikdə amansız vəhşiliklər törətdilər. Mindən çox qadını zorlayıb gülləllədilər. Ermənilərə elə şərait yaratdılar ki, onların vəhşiliklərinə Rusiya zabitlərinin bəziləri dözə bilmirdilər. Levandovsikinin əmri ilə Gəncədə döyüşən zabitlərimizin xanımlarını və qızlarını girov götürdülər ki, təslim olsunlar. Onlarsa təslim olmadılar. Ailələrini əqidəyə qurban verdilər. Görəsən mən bunu edə bilərəmmi? Çətin sualdır!!! Gözünün qabağında sənin xanımını və qızını zorlayırlar, sənsə Vətən naminə təslim olmur və döyüşürsən!!! İnanın ki, heyran oluram!!! Gəncəni ala bilmirdilər. Çünki bu gün üstünə getdiyiniz Azərbaycan Cümhuriyyəti qəhrəmanların ideoloji silahı olan Vətən sevgisi ilə silahlanıb Kərbəla rəşadətini ortaya qoydular!!! Bilirsiniz niyə? Çünki əqidələri vardı!!! O ağır günlərdə Cümhuriyyətin iki illiyini də atəşfəşanlıqla bayram etdilər!!! Orada döyüşənlər mərdliklə şəhid oldular!!! Nə qədər zabit və generallarımızı edam etdilər. Mühasirəni yarıb gedənlərin bəziləri isə indiki İran ərazilərindən keçib qardaş Türkiyəyə sığındılar. Bu hərbiçilərin içərisindən neçəsi qardaş Türkiyədə ən yüksək hərbi rütbəyə qədər yükəsldilər. Ey televiziya efirlərində bar-bar bağıranlar, Milli Məclisdə qışqıran deputatlar, nə əcəb Gəncə üsyanını əks etdirən bir film çəkilməsi tələbini etmirsiniz? Bu bizim gənclik üçün ən böyük nümunə olardı. Bunun müqabilində İrəvanın verilməsi barədə ağzınıza gələni danışırsınız. Onlar Gəncədə şəhid oldular. Biz neynədik? SSRİ dönəmində Qərbi Azərbaycanın bütün ziyalılarını Bakıya topladıq. Eyni vəziyyət Borçalıda təkrarlandı. Çünki biz o zaman nə Qərbi Azərbaycana, nə də Borçalıya sahib çıxmırdıq. Neçə ki, indi də Borçalıya sahib çıxmırıq. Necə ki, indi də Azərbaycanın Güneyində olanlara sahib çıxmırıq. Onları Bakıya gətirdik. Nəticədə 1988-ci ildə orada ancaq təsərrüfatda işləyənlər qalmışdı. Nəticə bəllidir. Onlara sahib ola bilmədik. Hamısı çıxdı oradan. Amma orada silahlı dəstələr yaradıb partizan hərəkatına keçə bilərdik. Eyni səhvləri Dağlıq Qarabağda etdik... Baxmadıq Dağlıq Qarabağa... Ermənilər SSRİ dövründə ora tam yiyələndilər. Bizim məmurlar da erməni qızlarını alıb hələ cehiz kimi rayonlarımızdan onlara torpaq da verirdilər. Nəticədə Dağlıq Qarabağda döyüşə biləcək partizan dəstələri yarada bilmədik... Oranı qarış-qarış gəzmişəm. İllərlə döyüşmək olardı. Onlar əlavə yeddi rayonumuzu da işğal etdilər. Biz də qaçıb Bakıya gəldik. Bu gün bunları müzakirə edib, əhalini toparlayıb müharibəyə istiqamətləndirmək əvəiznə, milləti parçalayırsınız. Bilirsiniz ki, bu millət Azərbaycan Cümhuriyyəti qurucularını çox sevir. Siz də bunu bilə-bilə edirsiniz!!! Millət düşünür ki, biz nə vaxt toparlanıb Qarabağı azad edəcəyik? Siz isə hələ də köhnə palan sökürsünüz? Siz nə əcəb Şuşada ermənilərin andiçmə mərasimini müzakirə etmirsiniz? Nə əcəb ermənilərin Şuşanı paytaxt etmələrini müzakirə etmirsiniz? Yaxşı, deyirsiniz ki, İrəvanı Cümhuriyyət paytaxt kimi verdi... Bəs indi bu il Şuşanı da paytaxt elan etdilər... Biz günahkar deyilik? Ay ziyanvericilər, əgər torpaq itirmişiksə, hamımız günahkardır !!! Bunu unutmayın!!! Necə olur ki, İrəvan haqqında laf-laf danışırsınız.. Amma biz deyəndə ki, Şuşanı vuraq, sizin “seçdirdiyiniz” deputatlar da deyir ki, biz müharibə edə bilmərik... Bizi uduzdurarlar... Bizə də dırnaqarası vətənpərvərlər deyirlər. Nə əcəb, indi bizim əlimizdə ən güclü ordu, pullarımız, milyonlarımız var... Susuruq... Qorxuruq... Rusyadan, ABŞ-dan, Avropadan... Çünki daim ermənilərin yanındadırlar. Erməni kimdir ki, Şuşada andiçmə mərasimi keçirsin. Təbii ki, icazəni Rusiyadan alıbdır. Amma o zaman təzə-təzə iməkləyən bir dövlətin üzərinə gedirik!!! Son dəfə deyirik ki, qurtarın bu oyunları!!! Milləti parçalamayın!!! Millətə imkan versəniz tezliklə toparlanıb nəinki Qarabağı, İrəvan belə azad edəcəkdir!!! Buna tam inanıram!!! O günün yaxında baş verəcəyinə də əminəm!!! Sizdən fərqli olaraq... Əminəm ki, Ali Baş komandan bu istiqamətdə son sözünü tezliklə deyəcəkdir!!!
© 2020 - Created by İLK XEBER.