Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Klyuqe COVID-19-un ikinci dalğası təhlükəsinin açıq-aşkar mövcud olduğunu bəyan edib. Teleqraf.com-un məlumatına görə, o əlavə edib ki, ikinci dalğa qaçılmaz deyil: “Ancaq getdikcə daha çox ölkə məhdudiyyətləri aradan qaldırır. Bu, COVID-19 infeksiyasının təkrar dalğalanması üçün açıq-aşkar təhdid deməkdir. Əgər məhdudiyyətlərin aradan qaldırılması dayandırılmasa, ikinci dalğa gələ və o olduqca dağıdıcı ola bilər”. ÜST rəsmisi COVID-19-un hələ də vaksini və ya müalicəsi olmadığını vurğulayıb.
© 2020 - Created by İLK XEBER.