Sabir Rüstəmxanlıdan iki vacib təklif

Milli Məclisin iclasında çıxış edən deputat Sabir Rüstəmxanlı əvvəlcə parlamentin fəaliyyətini təqdir etdi: “Biz bu çətin şəraitdə Məclisin işinin yenidən qurulduğunu görürük. Yaxşı oldu ki, siyasi partiyaların da nümayəndələrinin iştirakı ilə bu proses davam edir. Amma təəssüf ki, biz bunu bir sıra başqa sahələrdə görə bilmirik”. S.Rüstəmxanlı əlavə etdi ki, bu gün ən çətin şəraitdə yaşayanlar müəllimlərdir: “Bir çox rayonlarda internet xidməti zəif olduğuna görə onlayn dərslər təşkil oluna bilmir. Nazirlər Kabinetindən xahiş edirik ki, bu sahəyə diqqət ayırsın”. S.Rüstəmxanlı Qarabağ məsələsi ilə bağlı naraharlığını da bölüşdü. Ardınca “buna heç kim özünün inhisarı kimi baxa bilməz”-deyə, bildirdi. Deputat qeyd etdi ki, bu gün erməni tərəfin Dağlıq Qarabağda həyasızlaşması məsələyə həssas yanaşma tələb edir. O dedi ki, Milli Məclis ildə bir, yaxud ola bilsin iki dəfə müəyyən nazirliklərin hesabatını, mövcud beynəlxalq vəziyyəti müzakirə edə bilər. Musavat.com