Ay öz işığını Günəşdən alır...

Hafiz Rüstəm
Artıq yuvarlaq 70 yaşın içindəyəm, bu il ərzində yubileyimi keçirməsəm də, ədəbi-bədii orqanlarda vaxtilə ədəbi proses haqqında həm özüm yazdığım, həm də haqqımda yazılan ədəbi-tənqidi məqalələri yayımlamaq niyyətindəyəm.
Tənqidçi Əkbər Əlioğlu seçilmiş əsərlərimin IV cildinə - ədəbi-tənqidi məqalələrimə yazdığı rəydə Ə.Əylisli haqqında 2013-cü ildə yazdığım “Başıdaşlı “Daş yuxular”a öz münasibətini aşağıdakı şəkildə bildirib:
“H.Rüstəm tənqidində quru, sərt sillogizmlər, ümumiyyətlə, iradlar yoxdur, bəzi məqamlarda tövsiyə hiss olunur, haqqında danışdığı müəllifə hörmət və ehtiram var. Bu əksər yazılarında belədir, məsələn, “Mənim nəğməkar bacım” yazısında olduğu kimi.
O, hansı əsərdən danışırsa, mütləq onun janr xüsusiyyətlərinin analitik təhlilindən yan keçə bilmir. Biz buna irad tuta bilmərik. Amma analitik təhlillər cəmiyyət – yazıçı, ədəbi mövqe - ədəbi mühit, zaman və məkan – ictimai-fəlsəfi dərk və qiymətləndirmə müstəvilərində aparılmalıdır. Biz iddia etmirik ki, bunlar kompleks halında hər bir yazıda özünü doğrultsun. Bu cür analitik təhlil Hafizin ədəbi tənqidində yox deyildirsə də, qabarıq da deyil. Məsələn, onun Əkrəm Bağırovdan bəhs olunan məqaləsində biz ədəbi tənqidçi yox, şərqşünas Hafiz obrazını görürük. “Başıdaşlı daş yuxular”da isə milli mənafeyə xidmət edən obyektiv, sərt tənqid görürük. Həmin sərt tənqidin arxasında tənqidçi qələmi yox, xalq taleyinə özünü cavabdeh bilən fəal vətəndaş ziyalı qələmi durur”.
***
Gizlətmirəm ki, hələ tələbəlik illərindən rusofobiyanı - imperialist təfəkkürü xoşlamamışam. Hələ 70-ci illərdən Bakının rusdilli əhalisi içərisində yerli əhali az qala marginal qruplar kimi görünürdülər - bütün şəhər rusca danışırdı, rusca bilməyənləri "çuşka" adlandırırdılar. İş o yerə çatmışdı ki, rusdilli şəhər uşaqları bizimlə müqayisədə bu kiçik "üstünlüklərinə görə - istedadlı olsun, yaxud olmasın özlərini "xozeyin" kimi aparırdılar. Şəhər bir yana qalsın hətta ikiillik hərbi xidmətdən qayıdan kənd uşaqları da rusca qırıldatmağı özlərinə şərəf hesab edirdilər. Sonralar bu dili də öyrəndim, hətta farsca-rusca tərcüməçi vəzifələrində də çalışdım. Yenə də ana dilimin bu dillərdən heç də geri qalmadığını gördüm. Hətta bu istiqamətdə müqayisəli qrammatik təhlillər apardım, məqalələr yazdım. Hələ indiyə qədər yazdığım, dərc və nəşr etdirdiyim orijinal elmi-ədəbi-bədii əsərlərimi demirəm. Bu rusofil elm, ədəbiyyat xadimlərini həmişə öz doğma dillərinə yabançı olduqlarını, azəri-türk dilimizi istənilən fürsətdə ikinci dərəcəli dil kimi gözdən salmağa çalışdıqlarını ürək ağrısı ilə müşahidə etmişəm. Bu yaxınlarda Sevinc Osmanqızı bir televerilişini məhz bu mövzuya həsr edib: Azərbaycan müstəqillik qazandıqdan sonra (beynəlxalq ingilis dilini də keçərək) nə üçün rus dilində danışmaq yenidən dəbə minib. Artıq bizim müstəqil dövlət yenidən Rusiyanın vassal bir vilayətinə çevrilib. Uzun illər aparılan antimilli, anti xalq siyasət artıq öz acı bəhrələrini verməkdədir. İndi rusdilli elm və ədəbiyyat xadimləri yaranmış bu fürsətdən istifadə edərək əsl simalarını göstərməyə başlamışlar. Budur, bu kosmopolitlərdən birisi -Ə.Əylisli haqqında 2013-cü ildə yazdığım və "Kredo"da dərc etdirdiyim "Başıdaşlı "Daş yuxular"ı sizə təqdim edəcəyəm. Hələlik nə illah elədimsə həmin məqaləni bu yazıya əlavə edə bilmədim.
BAŞIDAŞLI “DAŞ YUXULAR”
Əkrəm Əylisli “Daş yuxuları” ilə yuxularımızı ərşə çəkib. Onun təkcə ömrünün qürub çağı deyil, həm də olan-olmaz yaradıcılığının qürub çağıdır. Əlbəttə keçən əsrin 60-cı illərində artıq çoxdan unutduğum, bir də təkrar oxumayacağım məlum trilogiyası ilə (“Mənim nəğməkar bibim”, “Tənha narın nağılı”, “Adamlar və ağaclar”) biz gənclərin kumirinə çevrilmişdi. O vaxt bizim simpatiyamızı qazanan bu yazıçı indi nədənsə eyni canfəşanlıqla düşmən dəyirmanına su tökməkdən, ümummilli antipatiya hədəfinə çevrilməkdən xəcalət çəkmir. Yaxşı deyiblər ki, insanın özünə elədiyini el yığılıb gəlsə eləyə bilməz. Son günlərə qədər bəzi istisnaları nəzərə almasaq, yüksələn xətlə tanıdığımız bu yazıçını (adamın ona yazıçı deməyə də dili gəlmir, çünki o, bu namərd hərəkətilə bütün yazıçıları gözdən salıb) düşdüyü girdabdan necə xilas edək? İnsafsızca dalınca daş atdığı, içindən çıxdığı ölkədən hər ləyaqətli qələm əhlinə nəsib olmayan hər cür imtiyazlar əldə edən – Xalq yazıçısı adını alan, Şöhrət və İstiqlal ordenlərilə təltiflənən, deputat seçilən bu nankor axı daha nə istəyir? Sağlam ədəbi qüvvələrə gün kimi aydındır ki, o, öz yaradıcı nəslinə mənsub İ.Şıxlı, Anar, Elçin, İ.Hüseynov, R.İbrahimbəyov, Y.Səmədoğlu və s. kimi qüdrətli dəstədən heç bir üstünlüyü ilə seçilmir. Əksinə bu yazıçı özünəməxsus yaradıcılıq fəzilətindən qat-qat üstün olan məhz yaradıcılıq rəzaləti ilə seçilir. Əgər belə olmasaydı, öz xalqına şər və böhtan yağdıran “Daş yuxular”ı yazmazdan əvvəl ən azından M.S.Ordubadinin “Qanlı sənələr”ində obyektiv əksini tapan, 1905 – 1906-cı illərdə baş vermiş erməni-müsəlman davasını, o davada və ondan 70 il sonra da eyni ssenari ilə təkrar olunan, dünyada misli-bərabəri olmayan məkrli və xəyanətkar erməni-daşnak faşizminin türk-müsəlman xalqlarına rəva gördükləri ağlasığmaz dəhşətləri təsəvvürünə gətirər, yaxud İ.Q.Çavçavadzenin “Erməni alimləri və fəryad edən daşlar”ının ah-naləsini eşidərdi. Yəqin ki, təhqiranəliklə adlandırdığı “yeraz”ların, haqsız yerə öz doğma yurd-yuvalarından didərgin düşən həmvtənlərin fraqmental, epizodik intiqamını təcavüzkar erməni şovinistlərinin xarakterik, yırtıcı keyfiyyətləri ilə qarışıq salmazdı.
O, özü kimi xəstə obrazları vasitəsilə məhz iki xalqı qarşılaşdırır, Azərbaycan xalqı ilə erməni xalqını müqayisə edir və bu müqayisədə ikincini göylərə qaldırır. Gərək nə qədər psixopat vicdansız olasan ki, birtərəfli şəkildə ermənilərin xeyrinə bu cür disbalans yaradasan, çörəyini yediyin müqəddəs vətəni, vətəndaşları düşmənlərin murdar ayaqları altına atasan!
Ə.Əylislinin erməni haramzadələri üçün altruizmi onun yaramaz eqoizminin, ambisiyasının eybəcər maskasından başqa bir şey deyildir.
***
Ə.Əylisli hələ bunlar azmış kimi “Daş yuxuları” romanında Azərbaycanın işğaldan kənar müqəddəs torpaqlarını, qədim alban abidələrini, milli toponimləri, hətta doğulduğu Əylisi də heyfslənmədən ermənilərə güzəşt etməyə, peşkəş verməyə hazırdır. Elə buna görə də həmkarı Levon Məlikşahnazaryan onu yeni Əkrəm Aquliç ləqəbi ilə mükafatlandırıb.
Ə.Əylisli öz obrazlarının dililə erməniləri məsum, günahsız mələklər kimi təsvir edib: “Yəni bu ermənilər bizim müsəlmanlarla çox mehriban yaşayırdılar. Həkim Abasəliyev o erməniləri çox tərifləyirdi. Deyir ki, belə mədəni, dürüst, əməksevər insanlar dünyanın başqa bir yerində yaşamır”.
Ə.Əylisli müəlliflik hüquqlarının qorunmasını tələb edərək ana dilimizə hələlik tərcümə olunmasına icazə vermədiyi başabəla əsərinin rus dilində olan parçasında “O vaxt Əylisdə Allaha tay olan insanlar yaşayırmış. Onlar bura su çəkiblər, bağlar salıblar, daşları yonublar. Bu ermənilər – istər sənətkar olsunlar, istər tacir – yüzlərlə yad şəhərlərdən, kəndlərdən keçiblər, yalnız ondan ötrü qəpik-qəpik pul qazanıblar ki, bunları kiçik Aqulislərinin hər qarış torpağını əsl cənnət guşəsinə çevirməyə sərf etsinlər”deyir:
“После того как турки в конце девятнадцатого года, ушли, оставив Айлис в руинах, мусульманское население до сих пор ищет золото в развалинах армянских домов. Даже когда рыхлят землю для посева, ждут, что вот-вот из-под ног появится червонное золото. То самое, с помощью которого армяне добыли воду из-под земли, со всех сторон прорубили в горах фаэтонные дороги. Построили запруду. Вдоль берега реки соорудили парапет из тесаных речных камней. Все улицы вымостили отборными речными булыжниками. За счет этого золота в Айлисе в свое время было построено и двенадцать величественных церквей. На каждую ушло, быть может, по тонне золота”.
“ Доктор Абасалиев, по его собственному выражению, был не просто “фанатиком Айлиса”, он был и его историком, и психологом, и даже своего рода философом. Только от доктора Абасалиева Садай Садыглы услышал, что знаменитый монах Месроп Маштоц именно в Айлисе создал армянский алфавит, что известный писатель Раффи в свое время преподавал в здешней школе… “Айлис, юноша, это Божественное совершенство! — не раз восклицал доктор Абасалиев, обращаясь к Садаю. — И за то, что мы с ним сделали, нам придется отвечать перед Богом в Судный день”.
Yuxarıda “Daş yuxular”dan gətirdiyim bu sitatlar hazırda rusdilli erməni mətbuatında “qızıl hərflərlə” isti-isti dərc olunan seçmələrdir.
O, azərbaycanlıları əksinə, kompleksli, qəddar kimi qələmə verir: “Həkim xüsusən, şəhərin müsəlman əhalisinin ermənilərə qarşı qəddarlığından heyrətə düşmüşdü. O, belə bir qəddarlığı erməni tərəfindən heç vaxt göpməmişdi”. “İçək, doktor, arzu edək ki, o bir də ürəksiz yerazlara bənzəyən heyvanların caynağına keçməsin.
Ə.Əylisli bu əsərilə təkcə Azərbaycan gündəmini deyil, eyni zamanda Ermənistan gündəmini də zəbt etmişdir. O, Azərbaycanda doğru olaraq nə qədər lənətlənirsə, Ermənistanda bir o qədər də təriflənir. Hələlik məğlub durumda olan ölkəmizin bu yazıçısının qalib, işğalçı Ermənistan üçün uzun müddətlərə hesablanan tarixi xidmətləri yüksək qiymətləndirilir. Onun tandemi Levon Məlikşahnəzəryan göydəndüşmə bir şadyanalıqla, qart erməni ziyalısına məxsus bicliklə, riyakarlıqla öz xalqını rus dilində muştuluqlayır:
“СЕГОДНЯ МНЕ ПРИЯТНО СООБЩИТЬ, что в декабрьском номере журнала "Дружба народов" опубликован роман-реквием этого выдающегося писателя "Каменные сны". Роман посвящен проживавшим в Азербайджанской ССР армянам и предварен словами "Посвящается памяти земляков моих, оставивших после себя неоплаканную боль". Это не только реквием, это - покаяние. Покаяние человека, не с чужих слов знакомого с той огромной болью, которую испытывает армянин при упоминании Сумгаита, Баку и... села Айлис, где в 1937 году родился будущий писатель. Айлис, это тюркизированное население прославленного армянского города Агулис.
Новое произведение А.Айлисли - выдающийся гражданский подвиг человека, прекрасно знакомого с царящими в Азербайджане нравами. Роман "Каменные сны" полностью разоблачает лживую пропаганду Азербайджана, мужественно повествуя правду. Он проводит параллели между уничтожением армянского населения Агулиса в 1919 году и погромами армян в Сумгаите и Баку. Устами своего героя он отвечает женщине, не желающей верить, что закавказские турки способны на массовое убийство мирного армянского населения: "Как ты можешь говорить такое? Ты же была в Айлисе".
Акрам Айлисли сделал то, на что уже без малого 100 лет не решается Турция, на что уже два десятка лет не решается Азербайджан. Он сказал правду. Правду жестокую, правду кровавую, правду, необходимую анатолийским и закавказским туркам.
Акраму Айлисли - 75 лет. Но я уверен, что его роман-реквием не является произведением человека, решившегося на склоне лет очистить свою совесть и память. Это - выстраданная боль человека большой души и мужественного сердца.
Один из героев романа, закавказский турок, пребывавший в коме, произнес, очнувшись, первые слова: "Чеш-ме-се-дин! Эч-ма-эчмаз-за!" И лишь жена его поняла, что он говорит Эчмиадзин. Мне очень не хотелось бы, чтобы этот эпизод отражал что-либо из биографии предков Акрама Айлисли. Мне хочется видеть пусть даже в одном-единственном чистокровном турке человека, которого я мог бы назвать другом”. http://magazines.russ.ru/druzhba/aa5.html
***
Hazırda Ermənistanda milli qəhrəmana çevrilən, istənilən görkəmli erməni yazıçısından az populyar olmayan “görkəmli” Azərbaycan yazıçısı Ə.Əylisli türklüyünü ermənipərəstliyinə qurban vermiş Orxan Pamukdan da ( Bu çərkəz əsilli Türkiyə vətəndaşı, Nobel mükafatçısı 2005-ci ilin fevralında İsveçrənin “Das Magazin” nəşrinə aşağıdakı müsahibəni vermişdi :”Türkiyədə bir milyon erməni, üç yüz min kürd öldürülüb. Bu barədə heç kim danışmır, bu barədə danışdığıma görə mənə nifrət edirlər". ) irəli gedən, daha böyük qələtə yol verən Nobel mükafatına potensial namizəddir. Ancaq bu, gör hansı dəyərləri qurban vermək bahasına baş verir: “Bir insanın despotizmə qarşı çıxması, ona milləti, dini aşağılamağa imkan verirmi?
Bir insanın istedadlı olması, ona “yaradıcılıq azadlığı” pərdəsi altında ksenofobiya və islamofobiyanı həyata keçirməyə haqq verirmi?
Və ən əsası - qaragüruh "vətənpərvərlər"in hücumuna görə, səmimi tənqidçilik sükutmu etməlidir?!
Cənablar və xanımlar! Söyüş, təhqir, aşağılama necə yaradıcılıq azadlığı kimi yeridilə bilər?! Nə vaxtadək biz məfhumların bilərəkdən əvəzlənməsinə, qəlp kateqoriyaların ictimai şüura sırınmasına rəvac verəcəyik?” (Hacı İlqar İbrahimoğlu “Əkrəm Əylislinin daş labirintləri”)
Tanınmış vəkil Aslan İsmayılov “Daş yuxuları” nın ermənilərə verilmiş ən uzaqmənzilli, dağıdıcı, ölümsaçan silah kimi həmişə Azərbaycana qarşı istifadə ediləcəyi qənaətindədir: “Əminəm ki, nə qədər Azərbaycan dövlət, biz isə xalq olaraq mövcud olacağıq bu əsər bizi təqib edəcək. Bu, 1989-cu ildə Azərbaycana gəldiyim gündən çıxdığım ilk məhkəmə prosesi olan Sumqayıt hadisələrindən sonra istər-istəməz, iki xalq arasında baş verənlərə xüsusi diqqət yetirdiyimdən irəli gəlir. Bu müddət ərzində bu sahəyə aid çoxlu sayda yazılarla tanış olmuşam və əminəm ki, bizlər ən azından son illər rus tarixçi-yazıçısı V.L.Veliçkonun 1904-cü ildə çap olunmuş “Qafqaz” əsərinə hansı diqqəti yetirmişiksə, qarşı tərəf də yüz illər boyu bu gün çap olunan Əkrəm Əylislinin “Daş yuxular”ına da həmin diqqəti yetirəcəklər. O əsərdən isə gördükləri o olacaq ki, azərbaycanlılar, türklər qədər geridə qalmış, dözümsüz, qaniçən, ermənilər kimi isə savadlı, mədəniyyətli, xeyirxah millət, İslam qədər ziyanlı din, Eçmiədzin qədər sevilən din məbədi ola bilməz. Əsəri diqqətlə oxuyanlar onun Əkrəm Əylisli dediyi kimi millətlər, dinlər arasında barışa yönəlik olduğunu deyil, bir millətin digər millətə, bir dinin digər dinə qarşı olduğunu görərlər. İnanmıram ki, bu əsəri diqqətlə oxuyanlar o əsərdə təsvir olunan obrazlardan, erməni millətinə mənsub olanları xarakterizə edənlərdən savayı özlərinə dost, qonşu seçmək istəsinlər”.
***
Qeyri-məhdud azadlıq yoxdur. Azad sənətkar müəyyən sosial-əxlaqi, milli-dini çərçivələrə tabe olmalıdır. Ağızdan çıxan hər selikli sözü, şeytan vəsvəsəsindən törəyən nalayiq ifadələri, əxlaq və düşüncəyə xələl gətirən, bəşər ruhunu öldürən iyrənc mədhiyyə və həcvləri dilə gətirmək ayıbdır. İnsan sözü əvvəlcə ağzından bişirib çıxarar deyiblər. Çiy sözlər, xam, xəstə xəyallar insan övladına heç vaxt başucalığı gətirə bilməz. Ədəbi həqiqət həyat həqiqətlərinin, əxlaqi fəzilətlərin, tarixi faktların estetik ifadəsidir. Belə olmasa, ədəbiyyat öz başlıca missiyasını itirib üfunət saçan, kəsafət qoxuyan, murdar söz zibilliyinə çevrilərdi. Necə ki, hazırda Azərbaycanda da artıq andreqaund, əndərabadi, küfr və şirklə dolu, əxlaqsız, tərbiyəsiz, modern sənət absurdları, şeytan ayələri meydan sulayır. Yeni zühur edən bəzi ədəbi zümrələrə elə gəlir ki, əgər qələm əllərindədirsə, hər şeyi alçalda, bayağılaşdıra və özlərindən də betər günə qoya bilərlər. Bunlar heç bir ictimai-əxlaqi məsuliyyət daşımadan, abır-həya gözləmədən, xaricdən eksport olunan pozğun azlıqların miskin əlavəsinə çevrilərək, cəmiyyəti antiinsani pis yollara şirnikləndirən, sürükləyən bütün mümkün virtual vasitələrə əl atırlar. Bu yeni söz manyakları üçün müqəddəs heç nə yoxdur. Bunlar müqəddəs adət-ənənələri, əxlaqi-mənəvi sərvətləri nə yolla olur-olsun alt-üst etmək, qabaqlarına keçən hər şeyi amansızlıqla darmadağın etmək, öz yarımçıq, şikəst həqiqətlərini, illüziyalarını, sabun köpüklərini əsl həqiqət kimi gözlərə üfürməyə çalışırlar. Bu, ümumiyyətlə kəmsavad, mənəviyyatdan azad adamlar öz xırda, cılız hisslərinin, niyyətlərinin, burunlarından uzağa getməyən, məhdud dünyagörüşlərinin əsirləri, kölələridirlər. Konkret desək, Qan Turalı (bu yeni törəmənin sosial şəbəkələrdə cəmiyyətə ən təhlükəli virus kimi yaydığı müdhiş və iyrənc söz yığınının adını çəkməyi özümə günah hesab edirəm), Günel Mövlud, Seymur Baycan və s. kimi öz dərilərinə sığmayanlar, başlarından böyük danışanlar, təpədən dırnağa günah heykəllərinə çevrilənlər “degenerat” (cismani və ruhi pozğunluq əlamətləri olan adam) Ə.Əylislinin müdafiəsinə qalxıblar. Bunlar öz sələflərinə layiq xələflərdir.
Vətən imandandır. Xüsusilə, indi nə sülh, nə müharibə şəraitində olan Vətənə xəyanət edəni müdafiə etməzlər, vətən uğrunda cihada çıxarlar. Nə yaxşı ki, iqtidarlı-müxalifətli vətəni sevən, onu göz bəbəyi kimi qoruyan insanlarımız çoxdur.
***
Böyük rus tənqidçisi Belinskiyə görə: ”Ədəbiyyat xalqın şüurudur: ədəbiyyatda xalqın ruhu və həyatı güzgüdə olduğu kimi əks edir” Ə.Əylislinin “Daş yuxuları”nda xalqımızın şüuru təhrif olunub, milli ruhumuz və həyatımız güzgüdə əyri və tərsinə göstərilib. Sən demə, Bəxtiyar Vahabzadə də, Habil də bu köhnə ermənipərəsti vaxtilə qınayıblar.
Ədalət naminə danmaq olmaz ki, Ə.Əylisli doğrudan da bu gün öz kimliyini, kimə işlədiyini bildirən cəsur adamdır. O, qlaf altında gizlənənlərdən, Azərbaycanın gizli düşmənlərindən qorxulu deyil. Elə buna görə də onun üzünə hələ tövbə qapıları açıqdır. Həddən ziyadə tolerant azərbaycanlılar yox, onu yalnız Allah bağışlaya bilər.
***
Ə.Əylislinin bu üzdəniraq əsəri sayəsində ermənilərin tarixi saxtakarlıqlarını təkzibedilməz elmi dəlillərlə ifşa etmiş akademik Ziya Bünyadova qarşı düşmən ölkə ideoloqları yenidən fəallaşmağa başlayıblar.
Ə.Əylislinin həmkarı Məlikşahnəzəryan “Daş yuxular”dan götürdüyü aşağıdakı obrazlı ifadədən xumarlanaraq təkcə öz xalqına yox, bütün dünya xristianlarına mesaj göndərir: “Əgər zorakılıqla öldürülən hər bir erməniyə bir şam yandırılsaydı, bu şamların işığı Ay işığından parlaq olardı”.
Həqiqətən də çox orijinal görünən bu poetik fiqura eyni üsulla qarşı tərəfi təmsil edən azərbaycanlı obrazını qoysaq, heç şübhəsiz aşağıdakı obyektiv, ədalətli müqayisə-bənzətmə paraleli alınardı: “Əgər zorakılıqla öldürülən hər bir azərbaycanlıya bir şam yandırılsaydi, bu şamların işığı Günəşdən parlaq olardı”.
Günəş işığı Ay işığından müqayisəyəgəlməz dərəcədə üstündür, çünki Ay öz işığını Günəşdən alır.
Elə bu kontekstdə də Azərbaycan həqiqəti erməni həqiqətini ancaq kölgədə qoya bilər.
P.S. Hər kəs yalnız öz əməlinə görə cavabdehdir.
Məhz Ə.Əylisliyə görə onun həyat yoldaşının və oğlunun işdən çıxmaları, yaxud çıxarılmaları mənim də ürəyimi ağrıdır və bu repressiv kampaniyaçılığa qəti etirazımı bildirirəm.
“Kredo” qəzeti, 9. II. 2013
Görüntünün olası içeriği: bir veya daha fazla kişi ve yakın çekim