26 may 2020-cil il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) və "Tariximizə Sahib Çıxaq" tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyinin təşkilatçılıqları ilə "Təhsildə Azərbaycan tarixinin tədrisi vəziyyəti" mövzusunda onlayn konfrans keçirilmişdir.
Konfransın aparıcısı "Tariximizə Sahib Çıxaq" tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyinin sədri Araz Şamilov çıxış edərək tədbirin keçirilməsinin məqsədi haqqında məlumat vermişdir.
Daha sonra söz çıxışçılara verilmişdir.
Tarix üzrə fəlsəfə doktoru, dosent, Bütöv Azərbaycan Ocaqları (BAO) Başqanının ideoloji məsələlər üzrə müavini Dilavər Əzimli, tarix elmləri doktoru, professor Zabil Bayramlı, tarix elmləri doktoru, professor Xəqani Məmmədov, tarix elmləri doktoru, professor Fazil Baxşəliyev, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova, tarix üzrə fəlsəfə doktoru, dosent Naibə Əhmədova, tarix üzrə fəlsəfə doktoru, dosent Boran Əziz, tarix üzrə fəlsəfə doktoru, dosent Hacı Həsənov, tarix üzrə fəlsəfə doktoru, dosent Rəsul Hüseynli, tarix üzrə fəlsəfə doktoru, dosent Əzizağa Ələkbərli, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli, tarix üzrə fəlsəfə doktoru, dosent Kərəm Hətəmoğlu, tarix üzrə fəlsəfə doktoru Ərşad Həsənov, tarixçi alim Ramin Əlizadə mövzu ilə bağlı çıxış etmişlər.
Konfrans iştirakçılarının adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət oxunmuşdur.
Qərara alınmışdır ki, konfrans iştirakçılarının müraciətin mətni ilə bağlı fikirləri, qeydləri və təklifləri nəzərə alınmaqla redaktə işindən sonra mətbuatda dərc edilsin.
Konfransın video linki: