Səhər gülür, meh gətirir əsən küləklər. Qoyun-quzu mələşərək qaçışır yenə. İnək sağır qonşu arvad, səhər sübhdən. Ana, sənli günlər üçün darıxıram mən. Yaz açılır, şən bülbüllər ötüşür hərdən. Bağça-bağda bitir yenə, qutablıq tərə. Yeyər qutab, əlhəmdüllah deyərkən, həmən, Ana, sənli günlər üçün darıxıram mən. Uca dağ tək, asiman tək uzaqsan məndən. Qəlbimdəsən, özüm qədər yaxındasan sən. Xəyal adlı köhlən atı minəndə hərdən. Ana, sənli günlər üçün darıxıram mən. Xəyalınla buludlara ucalıram mən. Həsrətindən alışıram, yanıram qəlbən. Sənlə keçən o illərin, həsrətindəyəm. Ana, sənli günlər üçün darıxıram mən. Yığılanda qohum-qonşu, hamı bir yerə. Yada düşür uşaqlıq tək, şirin xatirə. Xəyalımda hər söhbətin, əzəli sənsən. Ana, sənli günlər üçün darıxıram mən. Qəlbimdə sənli günlər tək, acı bir həsrət. Fikrimdə ayrılıq kimi müdhiş, həqiqət. Sən keçdiyin cığırlara dönürəm hərdən. Ana,sənli günlər üçün darıxıram mən. *** Mən şair deyiləm, anacan. Eşqindir qəlbimi saz kimi dindirən. Ölçüyə gəlməyən zəhmətin, iz açır könlümdə. Dil açır, dinməyən dilim də. Mən şair deyiləm... Qəlbində yerləşən sonsuz, dərya qədər dərin, dibsiz məhəbbət dənizində yol gedən qayığam, gəmiyəm. Bəlkə də, uzaq yolların həsrətlisiyəm Bəlkə də, uzun illərin həsrətlisiyəm Mən şair deyiləm...
© 2020 - Created by İLK XEBER.